manikur

Gəlin manikürü edərkən nələrə diqqət etməli?

Baxış sayı: 1. 964

Toy hər bir qadının həyatında ən arzuolunan və xoş gündür. Buna görə də həmin gün yadda qalan olmalıdır. Gəlin namizədləri  bu xüsusi gündə çox gözəl və zərif olmağa can atırlar. Buna görə də görüntüdə hər detala xüsusi diqqət edirlər. Gəlinin əlləri isə xüsusi olaraq qonaqların və kameranın diqqət mərkəzində olan obyekt olur. Buna görə də manikür olduqca mükəmməl olmalıdır. Manikürə incə və həssas yanaşmaq lazımdır. Burada əsas məqsəd gəlinin gözəl, yadda qalan və mükəmməl görüntüsünü tamamlamaqdır.

İlk olaraq gəlinlik maniküründə trend nədir onu yaxşı bilmək lazımdır. Əgər bu trenddən nəsə bəyənirsinizsə, onu gözəllik salonunda elətdirmək istəsəniz o zaman onu geyim və gülünüz ilə uyğunlaşdırın. Daha sonra manikürünüzə qaş, güllər, naxışlar əlavə edə bilərsiniz.

Dırnaq formasını seçin

Mövsümün əsas trendi oval və badam formasında olan gəlinlik manikürləridir. Stilistlər burada da təbiiliyə və incəliyə üstünlük veriblər. Amma bu mövsüm orta ölçülü oval dırnaqlar dəbdədir.

Toy dırnaq manikürləri

Bütün manikürlər toy üçün deyil. Əsasən tədbirə uyğun özünüzə uyğun manikür tərzi seçmək də vacibdir. Metallik rəngli dırnaqlar ar-deko, həndəsi formalı dırnaqlar retro, rəngli, sənətsəl dırnaqlar isə boho tərzli toy dəvətləri üçün daha uyğundur. Məşhur “Fransız manikürü” isə daha çox “fashionsita” gəlinlər üçün doğru seçimdir. Unutmayın ki, manikürünüz olduqca sadə və təmiz olmalıdır. Çünki bu mövsüm minimalist üslüb daha çox dəbdədir.

Pastel çalarlı dırnaqlar

Fransız manikürü demək olar ki, gündəlik manikürümüzdə də istifadə etdiyimiz klassik manikür tərzimizdir. Sadəcə bu manikürü gündəlik manikürdən fərqləndirmək üçün kiçik dəyişikliklər etmək lazımdır. Bunun üçün müxtəlif formalar mövcuddur: krujeva görüntüsü, qaşlar…

Gel dırnaq boyaları

Dəb dünyasında gel dırnaq boyaları manikür sahəsində yenilikdir. Bu boyalar ilə manikürün xüsusiliyi dırnaqlar parıltılı olur və uzunmüddətli qalır.

Şellak manikür

Şellak son dövrlər daha çox dəbdə olan manikürdür. Əsasən də, mütəxəssislər tərəfindən edilir.Toydan sonra da bir ay boyunca səliqəli manikürlə gəzəcəksiniz.

Marsala

Ötən ilin rəngi olsa da bu il də dəbdədir. Toy maniküründə də bu rəng özünə yer alıb. Klassik qırmızı rəngli boyalardan uzaqlaşıb marsala rəng və  ona əlavə detal qataraq fərqli manikür əldə edə bilərsiniz.

Nude manikür

Sadələk həmişə dəbdir. Nude manikür moda aləmində demək olar ki, liderdir.

Krujevalı manikür

Qısa dırnaqlarda toy manikürü yaratmaq üçün krujevalardan istifadə etmək yerinə düşər. Əsasən də, pastel çalarlar daha uyğundur. Bu cür manikür feminəl və aristokrat görüntü yaradacaq. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir