gelin

Gəlinlər üçün göz makiyajı edərkən nələrə diqqət etməli?

Baxış sayı: 267

Gəlin olmağa hazırlaşanlar bir neçə ay əvvəlcədən makiyajı və saçı barədə düşünməyə başlayırlar. Hər bir qadın bu gün çox gözəl görünmək istəyir və bunun üçün xeyli əvvəldən makiyaj ustası və salon axtarışına çıxır. Gəlin makiyajının daha yaxşı və cazibədar görünməsi üçün ən çox diqqət edilməli olan hissə gözlərdir. Biz də bu yazımızda sizə gəlin göz makiyajının necə edildiyini və bu zaman nələrə diqqət etməli olduğunuzu deyəcəyik.

 

1) Başlamazdan əvvəl mütləq göz bazası istifadə edilməlidir. Göz bazası edəcəyiniz göz makiyajının daha uzun müddət qalmasını təmin edir. Bundan əlavə makiyajın axmasının və yayılmasının qarşısını alır.

2) Göz kölgəsinin rənglərini seçərkən gəlinliyin rəngi nəzərə alınmalıdır. Yəni hansı rəngdə dümağ və ya şampan rəngində gəlinlik geyinəcəksinizsə, bu rənglərə uyğun tonlarda rəng kontrastı edilməlidir. Əgər bunu riskə almaq istəmirsinizsə, dumanlı göz makiyajından istifadə edin. Çünki bu cür makiyaj hər gəlinə və hər gəlinliyə yaraşan bir göz makiyajıdır.

3) Göz makiyajından sonra mütləq layner istifadə edin. Quyruqlu layner çəkmək istəmirsinizsə, layneri daha qısa və nazik çəkə və beləliklə də gözünüzün bütünlüyünü təmin etmiş olarsınız.

4) Taxma kirpik olmadan gəlin makiyajı olmaz. Xüsusilə şəkillərdə yaxşı görünmək və gözlərinizin ön planda olmasını istəyirsinizsə, mütləq taxma kirpikdən istifadə etməlisiniz.

5) Taxma kirpikdən əvvəl mütləq öz kirpiklərinizə də tuş çəkin. Bu nüans çox vaxt yaddan çıxarılır. Bu zaman öz kirpiklərinizlə taxma kirpik arasında fərq hiss olunur. Buna görə də taxma kirpikdən əvvəl öz kirpiklərinizə də tuş çəkməyi unutmayın.

6) Parıltı: Bu da çox yaxşı bir detaldır. Orta yaşlarda olan gəlinlər bundan daha çox istifadə etməlidirlər. Çünki parıltılı bir göz makiyajı yaşınızı daha geriyə atır və baxışlarınıza canlılıq qazandırır.

 

7) Və son olaraq göz makiyajınız qurtardıqdan sonra mütləq makiyaj sabitləyici istifadə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir