a1a27e914f3562adb07e36d6bd9bacb6

Gənclər üçün əsas xəbər mənbəyi internetdir – SORĞU

Baxış sayı: 2. 356

Gənclər məlumatları sosial şəbəkələrdən və internetdən əldə etməyi üstün tuturlar, televizor və radio onlar üçün artıq maraqsızdır.  

Bu barədə Oksfordun tədqiqatçıları bildirirlər.

Belə bir nəticə 18 yaşdan 24 yaşa qədər olan gənclər arasında keçirilən sorğunun məlumatları əsasında əldə olunub. Bəlli olub ki, rəyi öyrənilən 24 faiz üçün televizor əsas məlumat mənbəyi sayıla bilər. Qalan 76 faiz üçün isə məlumatları sosial şəbəkələrdən əldə edir.

Həmçinin qeyd etmək lazımdır ki, çap media məhsullarının tirajı ildən-ilə azalır, internetdə təqdim olunan məlumatların isə daha keyfiyyətli olması tələb olunur. Bu onunla bağlıdır ki, ənənəvi informatorların redaktorları hər bir məlumatı ciddi şəkildə yoxlayırlar. Ancaq sosial şəbəkələrdəki məlumat hər zaman lazımi metodlarla yoxlanılmır. Çünki burada əsas rolu məlumatın sürətli şəkildə təqdim olunması oynayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir