GOZELLIK MASKASI

Gəncləşməyin sehirli sirri – QIZIL MASKASI

Baxış sayı: 157

Bəzən qarşımıza illərə meydan oxuyub, gənclik energetikasını qoruyan insanlar çıxır. Onların gənclik sirri isə çoxumuz üçün çözülməyən tapmaca kimi qalır.

Axtardığınız sualların cavabını da elə təbiətin özündə axtarmaq lazımdır. Ev üsulu ilə qızıl maska hazırladıqdan sonra siz də ilbəil gəncləşəcəksiniz.

Qızıl maskanı hazırlamaq üçün bizə 2 xörək qaşığı sürtgəcdən keçirilmiş zəncəfil, 2 xörək qaşığı bal və bir çay qaşığı sarıkök lazımdır.

Öncə bütün inqridientləri qarışdırın. Daha sonra dərinizə çəkib 10 dəqiqə gözləyin. Maka dərinizi biraz yandırsa, narahat olmayın. Qızıl maska həm də qan dövranınızı yaxşılaşdıracaq. Daha sonra üzünüzü ilıq su ilə yuyub, nar şirəsi ilə silin. Nar şirəsi dərini daha hamar və incə edir.

Bu maskanı hər həftə hazırlayıb ev şəraitində gəncləşə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir