hamile deri

Gələcək analar üçün 7 “olmaz”

Baxış sayı: 1. 788

Xaricdə istirahət etmək olmaz
Әnənəvi olaraq, hesab edilir ki, hamilə qadın təyyarə ilə uçmamalı və iqlim dəyişməməlidir. Birinci bəndə gələrkən, həqiqətən də ehtiyatlı olmaq lazımdır. Lakin hamiləlik normal keçdikdə, 24‐26 həftəyə qədər təyyarə ilə rahat uçmaq olar.

Hamiləliyin sonuncu müddətlərində aviasəyahətlər artıq məsləhət deyil. Uçuş zamanı atmosfer təzyiqinin kəskin dəyişməsi baş verir. Hamilə qadın aşağı təzyiq zonasına düşərkən, vaxtından əvvəl doğuş riski əmələ gəlir. Sağlamlıq ilə əlaqədar olan əlavə problemlər vəziyyəti bir qədər də ağırlaşdırır.

Bəzi hallarda hamilələr yüksək meteohəssalığa malikdir və hətta adi hava dəyişməsinə reaksiya verir. Hamiləliyin pozulması təhlükəsi olan qadınlar daha çox hava proqnozlarına diqqət yetirməlidir. Sinoptiklər aşağı təzyiq vəd edirsə, o gün hamilə qadının evdə qalması və istirahət etməsi məsləhətdir.

İqlimə gəldikdə isə, burada da çox şey qadının sağlamlığından asılıdır. Әlbəttə, Bakı qışından Tailanda, yaxud Dominikan Respublikasına getməyə dəyməz. Misirdə isə gələcək anaya daha xoş olacaqdır. Lakin belə eksperimentlər yalnız sakit hamiləlik zamanı mümkündür. Әks halda, yumşaq Qara dəniz və ya Aralıq dənizi iqlimi ilə məhdudlaşmaq lazım gələcəkdir. İstirahət etmək üçün ən əlverişli mövsüm erkən yay və ya payızdır.

Saçları rəngləmək olmaz
Bir tərəfdən, saç boyasının tərkibində allergiya tö rədə bilən kimyəvi maddələr mö vcuddur. Lakin digər tərəfdən — hamilə qadın yalnız bu səbəbdən ö zünə baxmağı unutmamalıdır. Bir halda ki, hamiləlik ö zü də zərif cins nümayəndələrinin hamısını gözəlləşdirmir. Və belə qadağa yalnız əlavə həyəcan və stress tö rədə bilər.

Lakin gələcək körpənin sağlamlığına görə narahatlıq mövcuddursa, təbii boya, misal üçün, xınadan istifadə etmək lazımdır. Salona gəldikdə isə, ustanı mütləq öz vəziyyətiniz haqqında məlumatlandırın. Bu zaman o, daha az zəhərli boya seçə bilər.

Mobil telefonla danışmaq olmaz
Bu gün mobil aparatların insana yetirdiyi ziyan artıq şübhə doğurmur. Lakin müasir dünyada bu rabitə nö vü istifadəsindən imtina etmək çətindir. Və gələcək ananın əlindən mobil telefonu alaraq, ona daha çox zərbə vurmaq olar. O, «dünyadan tədric ola‐ caq», daimi həyəcan və əsəbilik vəziyyətində qala‐ caqdır.
Ona gö rə də hamilə qadınlar müəyyən qaydalara riayət etməli olacaqdır. Belə ki, telefonu boyun və ya qurşaq nahiyəsində deyil, çantada daşımaq lazımdır. Gecə vaxtı onu işlək vəziyyətdə çarpayının yanında saxlamaq olmaz. Və danışıqları minimum səviyyəsinə endirmək lazımdır.

Pəhriz saxlamaq olmaz
Gələcək ana yalnız ən dadlı və faydalı ərzaqlar ilə qidalanmalıdır — bu, əsas qaydadır. Bu dö vrdə qadın orqanizmi immunoloji cəhətdən zəifdir. Bu vəziyyət əzəldən təbiət tərəfindən kö rpənin uğurlu bəslənməsi və doğulması üçün düşünülmüşdür. Axı uşaq yalnız yarıya qədər anaya məxsusdur, digər yarısı ona ata tərəfindən verilmişdir. Və qadın orqanizmi «yad törəməni» qəsb etməsin deyə, onun immuniteti bir qədər zəifləyir. Və istənilən balanslaşdırılmamış qidalanma məhdudiyyəti onu yalnız daha çox zəiflədəcəkdir.

Digər tərəfdən qadın yalnız hamiləliyin erkən dövrlərində istədiyini yeyə bilər. Bu dövrdə gələcək ana öz meyl və istəklərinə riayət edə bilər. Xüsusən, hər hansı bir ərzağa qarşı ikrah hissi əmələ gələrkən, onun yerini xoş bir təamla doldurmaq istəyi yaranır.
Lakin 16 həftəlik həddi keçdikdən sonra gələcək haqqında düşünmək və faydasız qidadan az istifadə etmək lazımdır. İlk nö vbədə, sö hbət hisə verilmiş, qızardılmış, acı, duzlu və şirin məhsullardan gedir. Xüsusi ilə də, müxtəlif tortlar, konfetlər və bəzi kalorili meyvələrdən, misal üçün, banan və üzümdən imtina etmək lazımdır.
Faydalı məhsullara da diqqət yetirmək lazımdır. Belə ki, mütləq yerkö kü, kivi, alma kimi təzə meyvə və tərəvəz yemək lazımdır. Üstünlüyü yaşıl meyvələrə vermək lazımdır. Yarma və südturşulu məhsulları da unutmaq lazım deyil. Rasionda suda bişirilmiş mal əti və qara ciyərin də olması çox vacibdir. Bu, orqanizmi kifayət qədər dəmir ilə təmin edən və bununla anemiyanın qarşısını alan məhsullardır.

Fitneslə məşğul olmaq olmaz
Bu halda qadının hamiləlikdən əvvəl hansı həyat tərzi aparması vacibdir. O, fitnes ilə fəal məşğul olmuşdursa, müntəzəm olaraq hovuza və saunaya getmişdirsə, bu işi davam etdirə bilər. Yalnız saunaya ehtiyatla getmək lazımdır, xüsusi ilə də venaların varikoz genişlənməsi olan qadınlara. Çünki yüksək hərarət şəraitində damar problemləri ağırlaşa bilər.
Hamiləliyin hər hansı ağırlaşmaları olan qadınlara da fitnes ilə məşğul olmaq olmaz. Qadını gündəlik qayğılardan ayırmayan ev məşqlərini də məsləhət etmək olar. Belə ki, hətta sadə mənzil təmizlənməsi yaxşı təlim ola bilər. Әsası — düzgün tənəffüsdür. Әzələlərin gərilməsi və maksimal yüklənməsi zamanı — nəfəs almaq, boşalması zamanı isə — nəfəs vermək lazımdır. Bax, belə bir ev fitnesini təklif etmək olar. O, qanın əzələlərə dolmasına səbəb olur və orqanizmdə maddələr mübadiləsini aktivləşdirir.

Soyuq su ilə yuyunmaq olmaz
Bu, tamamilə yanlış müddəadır. Әksinə, bədənin su ilə mö hkəmləndirilməsi faydalıdır. O, orqanizmə yaxşı təsir göstərir.

Lakin bunu düzgün etmək lazımdır. Sadəcə duş ilə yuyunmaq deyil, tutumlu bir qaba soyuq su yığıb, onu birbaşa başınızın üzərinə axıdın. Başdan ayağadək tökün. Belə prosedura zamanı soyuqdan bütün damarlar sıxılır. Qan isə paylanılır, ürək, beyin və qara ciyər kimi həyati vacib orqanların təminatına sərf olunur. Hamilə qadınlarda bu siyahıya uşaqlıq və cift də daxildir. Və əlavə qan axını onlara heç də mane olmur.

Çoxlu su içmək olmaz
Doğrudur, bu məsələdə ö lçü gö zləmək lazımdır. Hamilə qadın gün ərzində litr yarım, maksimum iki litr maye içməlidir. Və bu mayenin yalnız təbii içki‐ lərdən ibarət olması daha yaxşıdır.

Qəhvənin istifadəsini minimum səviyyəsinə endirmək lazım olacaq. Bu içki təzyiqin dəyişməsinə səbəb ola bilər ki, bu da dö lə mənfi təsir göstərir.

Eyni vəziyyət çay ilə də əlaqədardır. Yaşıl, yaxud qara çay olması vacib deyil. Hamilə qadın çox açıq rəngli çay içməlidir. Gələcək ana üçün mineral su da arzuolunmazdır. Düzgün qidalanmaya da riayət etmək vacibdir. Bəzən, duzlu və acı yeməyi istisna etməklə, balansı tarazlamaq mümkün olur. Artıq maye həm ana, həm də kö rpənin sağlamlığına təh‐ lükə yarada bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir