gelin

Gəlin köçəcək qızlar, bu xəbəri oxuyun!

Baxış sayı: 155

Gənc qızların xəyalını qurduğu bu ən xüsusi gündə – toy günündə qüsursuz görünmək arzusu onların ən təbii haqlarıdır. Gəlin paltarılarının içinə girə bilmək və incəcik bir görünüşə sahib olmaq üçün gəlinlər indidən bu pəhrizə başlamalıdırlar.

Bəs gələcək gəlinlərin necə qidalanması və hansı pəhrizlər müraciət etməsi lazımdır? “Gencaile.az” atv.az-a istinadən bildirir ki, diyetşünas Aişə Tuğba Şengel 3 günlük gəlin diyeti proqramını təklif edib.

Gəlinlik diyeti və diqqət yetirməniz lazım olan 5 nöqtə

Gəlinlərin nə qədər sağlam qidalansalar və gümrah olsalar, toy günü o dərəcə qüsursuz görüneceklerini ifadə edən Aişə Tuğbanın fikrincə, bu, gəlinlərin toydan əvvəl etdiyi fiziki fəaliyyətlərlə sıx bağlıdır. Gərgin və zəhmətli keçən bu günlərdə qarşılaşılan çətinliklər hərəkətlə, əslində, yoluna qoyulur: hərəkətdə olma bədənin gümrahlığını və mütənasibliyini təmin edərək incəcik bir qarın və belə sahib olmağı mümkün edir. Diyetşünas bu mövzuda diqqət edilməsi lazım olan 5 nöqtəni belə sıralayır:

Toydan əvvəlki həftə mütləq yediklərinizə diqqət etməlisiniz!

1. Konserv növü və çox duzlu məhsullardan uzaq dayanmaları lazımdır. Duzlu qidalar məhdudlaşdırılrsa, bədəndə su tutumu çox olur. Bu səbəbdən şiş meydana gələr, şiş bir qarın və bədən gəlini toy günü narahat edəcək.
2. Sadə karbonhidratlar qəbul etməkdən çəkinməlidirlər, çünki keyfiyyətsiz karbohidratlar şəkər tarazlığının pozulmasına səbəb olur, adam halsızlıq və yorğunluq hiss edər. Toy əvvəlində daha çox enerji verən zülal qrupundan olan qidalar daha doğrudur.
3. Qaz yaradan quru paxlalar, turşulu içkilər, yağlı yeməklərdən mütləq uzaq dayanılmalıdır.
4. Suqəbulu artırılmalıdır. Toy təlaşı içərisində susuzluq və aclıq qarışdırıla bilər. Yemək yerinə mütləq su içməyə yönəlmək lazımdır. Su qəbul etməmək gəlində halsızlıq və yorğunluq yaradar.
5. Toy əvvəli stress və həyəcan ilə adamda qəbizlik və şiş meydana gətirə bilər. Bitki çayları qəbul edərək stress azaldıla bilər. Qəbizlik və şiş üçün gilas sapı və bibəriyə dəmlənib içilə bilər.

Toydan əvvəl ediləcək 3 günlük gəlin diyeti

1-ci gün

Yuxudan durunca: 1 stəkan su + 2 dənə quru ərik
Səhər (09:00): 1 qaynatma yumurta, 1 dilim pəhriz çörəyi
Ara yeməyi (10:30): 2 incə dilim ananas, 2 ədədqoz
Günorta (13:00): 120 qram yağsız qızartma bonfile, 1 kasa kələm şorbası
Ara(15:30): 1 ədəd kivi, 6 ədəd çiy badam
Axşam (19:00): 1 kasa qatıq, 10 qaşıq balqabaq yeməyi
Ara (21:00): 10 dənə çiyələk, 6 ədəd çiy fındıq

2-ci gün
Yuxudan durunca: 1 stəkan su + 2 dənə quru ərik
Səhər (09:00): 1 dilim pendir (az yağlı), 6 ədəd duzsuz zeytun, 1 dilim pəhriz çörəyi
Ara (10:30): 10 ədəd təzə ərik, 2 ədəd qoz
Günorta (13:00): 120 qram yağsız qaynatma toyuq, 1 kasa az yağlı qatıq
Ara (15:30): 1 dilim pendir, 1 dənə qrisini (qrissini – ənənəvi İtalya çörəyi, adətən, qələmdən böyük çubuqlar kimi)

Axşam (19:00): 12 yemək qaşığı ispanaq yeməyi, 1 kasa az yağlı qatıq
Ara (21:00): 2 incə dilim ananas, 6 ədəd çiy fındıq

3-cü gün
Yuxudan durunca: 1 stəkan su, 2 ədəd quru ərik
Səhər (09:00): 1 qaynatma yumurta, 1 dilim pəhriz çörəyi
Ara (10:30): 1 ədəd kivi, 6 ədəd çiy badam
Günorta (13:00): 12 yemək qaşığı semizotu, 1 dilim pəhriz çörəyi
Ara (15:30): 10 ədəd çiyələk, 2 ədəd qoz
Axşam (19:00): 12 yemək qaşığı ispanaq, 1 kasa az yağlı qatıq
Ara (21:00): 1 kiçik boy alma və ya 2 incə dilim ananas.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir