gelin

Gəlinlər üçün romantik saç aksessuarları – FOTOLAR

Baxış sayı: 1. 501

Toy şənliyi bu hər bir qızın həyatında ən əlamətdar günlərdən biridir. Bu anının əlamətdarlığı həmin gün gəlinə özünü şahzadə hiss etməyə imkan verə bilər. Ona görə də gəlinin paltarından, makiyajından, saç düzümünə qədər hər xırda detala böyük əhəmiyyət verilir. Gəlin obrazının yaradılmasında saç düzümü və toy aksessuarları da az rol oynamır.

Cəmi bir neçə onillik bundan əvvəl fata toy paltarının ayrılmaz atributu idi. Bu gün isə dəb əvvəlki kimi mühafizəkar deyil. Təmizlik və saflıq rəmzi olan fatanı asanlıqla saçı ağırlaşdırmayan, kiçik bir örtüklə – vualla əvəz etmək olar.

Mühafizəkar ruhlu insanlar üçün müxtəlif variantlarda vuallar və duvaqlar təklif olunur. Qızlar duvaq seçərkən təkcə estetik cəhətdən qəşəng görünən uzunluğu deyil, həm də praktiki əhəmiyyətini də nəzərə almalıdır. Yerə qədər uzanan fata nə qədər zərif görünsə də, riski də bir o qədər böyükdür. Toyda ilişərək gəlinə rahat hərəkət etməyə mane olacaq. Hətta ayağının altında qalıb yıxılmasına səbəb olması da istisna deyil.

Bəzən isə gəlin saçını parıltılı taclar bəzəyir. Taclar gah duvaqla birləşərək, gah da saçı onsuz bəzəyirlər. Birinci variant çox təmtəraqlı olduğundan son zamanlarda öz aktuallığını itirib və nadir hallarda istifadə olunur. İkinci variant praktiki olaraq istənilən saç düzümündə gözəl görünür. Saç üçün aksessuarlar seçəndə onların digər əşyalarla uyğunlaşmasına fikir vermək lazımdır. Buna görə də incə sırğa seçməli və demək olar ki, görünməyən olmalıdır. Bu cür aksessuarlar kifayət qədər sadə toy paltarları ilə xüsusilə gözəl görünürlər.

Gəlin saçlarını güllərlə də bəzəmək olar. Bu zaman onlar iki növ ola bilər: canlı və süni. Canlı güllər adətən gəlin buketi ilə uyğunluq təşkil edir. Süni gül və aksessuarlar isə paltara uyğun seçilir.

Saç aksessuarı kimi daha çox qönçələr, incə güllər tövsiyə olunur, hərçənd al qızılgüllər də qadağan deyil. Süni güllər ipək və strazlarla bəzədilir. Onlar da ən az təbii güllər kimi effektli görünürlər.

Gəlin saçlarını güllər və taclardan başqa, maraqlı aksessuarlarla, lələklər, lentlər, saç sancaqları və inci millərlə də bəzəmək olar.

Toy aksessuarlarının istifadəsi zamanı “qızıl ortanı” qorumağa çalışın.Yoxsa zərif şahzadə xanım kimi deyil, kobud qadın kimi görünəcəksiniz.

2 3 4 5

1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir