2014_gelin1_bc3578b502edaf3f296ac7f74701076b

Gəlinlik paltarını təzə saxlamağın yolları

Baxış sayı: 163

Günlərlə hətta aylarla necə olacağına qərar verməklə məşğul olduğunuz və həyatınızın ən xüsusi gecəsində xəyallarınızın gəlinliyini geyinərək xoşbəxt olduğunuz toy gecəsi artıq başa çatdı. ÖZündə bu qədər, əmək, xəyal və duyğu daşıyan gəlinlik paltarınızı necə saxlamaq lazım olduğunu bilmirsiz? Elə isə, mir.az-ın sizlərə təqdim etdiyi bu məsləhətləri oxuyun.

• Gəlinliyinizi toy bitdikdən həmən  sonra 1 gün belə keçirmədən quru təmizləyiciyə aparın. Çünki gəlinliyə, nə qədər erkən müdaxilə olsa üzərindəki ləkələrin və çirkliliyin aradan qaldırılması də o qədər asan olacaq.

• Quru təmizləyici seçərkən də diqqət edin. İşini  yaxşı bilən bir quru təmizləyiciyə aparmağa çalışın. Yuma, qurutma və ütüləmə mərhələləri gelinliğinizi zərər verməməli.

• Gəlinlik təmizləndikdən sonra onu saxlama örtüyünün içində qoruya bilərsiniz. Amma saxlama  örtüyünün kənar uclarına diqqət edin. Boya çıxardacaq və ya qoxulu örtükləri almamağa çalışın.  Parça olan saxlama örtükləri gəlinliyinizi daha sağlam qorumağa imkan verəcək.

• Gəlinliyinizi evdə nəm almayan və günəş görməyən bir yerdə saxlamalısınız. Şkaf içi, şkaf üstü və ya yatağınızın altında bir qutunun içində saxlaya bilərsiniz.

Qısacası köhnə filmlərdə də  gördüyümüz  kimi, bu qayda ilə sizlər illər sonra öz nəvələrinizə gəlinliyinizi   göstərə  bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir