toy

Gəlinliyinizə uyğun gəlin komplektləri seçərkən nəyə diqqət etməli?

Baxış sayı: 140

Həyatınızın ən xoşbəxt anı yaxınlaşır. Hər bir detalı incəliklə hazırladınız. Qaldı gəlin komplekti… Bunu mütləq gəlinliyinizə və saç düzümünüzə uyğun seçməlisiniz. Briliant, almaz yoxsa mirvari, bütün məsələ də elə budur.

Toyunuzda straplez gəlinlik, sadə makiyaj xəyal edirsiniz. Bu halda toya damğasını vuracaq komplekt taxın. Görüntünüzə həm hərəkətlilik həm də canlılıq qatacaq briliant daşlı komplektdən istifadə edə bilərsiniz.

Amma gəlinliyinizə uyğun dash-qashsız klassik olmayan, modern dizaynlı qızıl aksesuarlar da istifadə etsəniz, gəlinliyinizə müasir görüntü qata bilərsiniz. Həmçinin, biz də daha çox bu cür komplektləri tövsiyyə edirik

Əgər vintage düşkünüsünüzsə gəlinliyiniz də bu cizgilərdə olacaq. Komplekt tövsiyemiz, antik vaxtlardan bəri saflığın və sevginin simvolu olan almazdır.

Mirvarinin zərifliyi

Zinət əşyaları içində ən çox üstünlük verilən mirvari komplektlərdir. Hər gəlinliyə uyğundur, hətta hər rəng gəlinliyə belə.

 

“Menimtoyum.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir