qizil

Gənclər arasında yayılan xaç trendi – müasirlik, yoxsa missiya?

Baxış sayı: 1. 385

Son vaxtlar ictimaiyyətdə tez-tez qulağına xaç şəklində sırğa, sinəsinə boyunbağı taxan yeniyetmə və gənclərlə rastlaşırıq. Xristanlığın simvoli sayılan xaç şəklində aksessuarldan istifadə yeni nəsil arasında sanki bir trendə çevrilib. Bəzən tanınmışların da bu cür aksessuarlardan istifadə etdiyinin şahidi oluruq.

Onların bəziləri buna sadəcə aksessuar kimi yanaşdığını, görünüş xətrinə istifadə etdiyini bildirir və yaxud müasirliyi əsas gətirir. Bəs müsəlmanın xaç formasında sırğa, boyunbağı taxması nə dərəcədə doğrudur? Məsələnin kökündə hansısa gizlin missiya izi axtarmaq olarmı?

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa aşağıdakıları dedi: “Bu cür aksessuarlardan istifadəni o qədər də anlamlı hesab etmirəm. Amma gənclərin fərqli yanaşması var. Məsələn, gənclər boyunlarından xaç deyil, Quran assalar ağıllanacaqlar və yaxud  ağıllı görünəcəklər? Əlbəttə ki, bu bir modadır və cəmiyyət də hər zaman bayağı modalara meylli olub. Məsələn,  görsəniz ki, gənclər aksessuar kimi kitab daşıyırlar,  buna təəccüblənərsiniz. Yəni kitab daşımaq Azərbaycan gənci, cəmiyyəti üçün bir qədər təəccüblüdür. Xaç asma sadəcə gənclərin moda ilə ayaqlaşması ilə bağlıdır. Burada hansısa ideya görmürəm.

Fazil Mustafa ile ilgili görsel sonucu

Fazil Mustafa: “Gənclər boyunlarından xaç yox, Quran assalar ağıllanacaqlar?”

Gənclər sadəcə maraqlı görünmək üçün sadə, primitiv yola əl atırlar. Gənclik dövründə belə şeylər olur. Ona görə də gənclik dövründə hər şeydə, davranışda məna axtarılmaz. Sadəcə, gənclərin elmlənməsi istiqamətində işlər aparmaq lazımdır. Bu zaman onlar daha yaxşı davranışlar nümayiş etdirəcəklər. Bu cür bayağılıq təkcə aksessuarlarda deyil, başqa sahələrdə də, məsələn, musiqidə də var. Gənclərin əksəriyyətinin dinlədiyi musiqiyə diqqət edəndə bunu görmək olur. Ona görə də belə şeylə çox da narahatçılıqla qarşılamaq lazım deyil”.

Kənan Rövşənoğlu ile ilgili görsel sonucu

Kənan Rövşənoğlu: “Xaç işarəsi sırf xristian simvoludur”

Dini ekspert Kənan Rövşənoğlu isə məsələyə bu cür münasibət bildirdi: “Xaç xristianlığı simvolizə edən bir atributdur. Yəni bu atribut İsa peyğəmbərin çarmıxa çəkdiyini əks etdirir. Bununla da xaçı üzərinə taxan adam özünü xristian kimi təqdim edir. Doğrudur, bir çox hallarda gənclər, yeniyetmələr fərqinə varmadan hansısa filmin təsirindən bunu aksessuar kimi qəbul edir. Amma qeyd etdiyim ki, xaç işarəsi sırf xristian simvoludur. Bunun üçün də xaç taxan şəxsdən onun hansı məqsədlə istifadə etdiyini soruşmaq lazımdır. Bəlkə də şəxs dinini dəyişib və yaxud məqsədli olmadan aksessuar kimi istifadə edir”.

Tural Turan: ile ilgili görsel sonucu

Tural Turan: “Kim necə istəyirsə, o cür də istifadə etsin”

Gənc yazar Tural Turan bu cür halların neqativ qarşılanmasının əleyhinə olduğunu bildirdi: “Fikrimcə, kimə necə yaxşıdırsa, xoşdursa o cür də aksessuarlardan istifadə edir və etsin. Məsələn, əgər müsəlman gənc xaç formasında aksessuar taxırsa bunu ancaq tolerantlıq kimi qəbul etmək olar. Niyə buna neqativ yanaşmalıyıq?”

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir