qida

Gəncliyi qoruyan 6 qida

Baxış sayı: 1. 641

Qadın gözəlliyinin əsas mənbəyi gənclik hormonu olan estrogendir. Məhz bu gözəgörünməz köməkçi dərinin elastikliyindən cavabdehdir. Estrogenin normallığını qorumaq üçün biz qadınlar təbii qidalara çox üstünlük verməliyik.

Zərdəçal (sarıkök)

Ədviyyatların inanılmaz faydaları hamıya məlumdur. Götürək elə zərdəçalı. Əsl gənclik iksiridir. Acı dadı olmasına baxmayaraq hamı üçün məsləhətlidir. Zərdəçal selülitlə mübarizə aparır, çatları hamarlaşdırır, gəncliyi və gözəlliyi qoruyan ən yaxşı vasitələrdən birirdir. Şirin zərdəçal şiriniyyata olan istəyi azaldır və nəticədə artıq çəki atılır. Bundan əlavə ondan hazırlanan maska dərini təmizləyir və cavanlaşdırır.

Yaşıl tərəvəz və meyvədən hazırlanan şirə

Yaşıl tərəvəz və meyvələr “təbii hormonlar” adlanır. Onlar yaşlanma prosesini əhəmiyyətli dərəcədə azaldır. Yayda bol-bol yaşıl xiyar, şüyüd, nanə və kividən, qışda isə ispanaq, laym və almadan yararlanın.

Salmon

Salmon balığı orqanizmi omeqa-3 ilə təmin edir. Omeqa-3 dərini yaxşıca liftinq edir, tonus vəelastikliyini saxlayır. Bundan əlavə salmonun tərkibindəki omeqa-3 ürək-damar sisteminin sağlamlığı üçün də əhəmiyyətlidir.

Zeytun yağı

Quru dəri yaşlanmaya daha çox meyillidir. Zeytun yağı təbiətin bəxş etdiyi ən təsirli məhsuldur ki, dərini nəmləndirir. O dəri hüceyrələrini bərpa edir. Zeytun yağı digər yağlardan 3 dəfə daha effektlidir. Təsadüfi deyil ki, əfsanəvi fransız aktrisa Sofia Loren də gözəllik sirrinin zeytun yağında olduğunu bildirmişdir.

Yaşıl çay

Gəncliyi qoruyan qidalardan bəhs edərkən yaşıl çaydan yan keçmək mümkünsüzdür. Antioksidanların keyfiyyətinə görə yaşıl çay liderdir. Üz dərisinin cavanlığı üçün gündə 3-4 fincan yaşıl çay içmək lazımdır. Bundan əlavə soyudulmuş yaşıl çay paketləri də gözaltı torbaların aradan qalxması üçün təsirlidir.

Kivi

Kivi dərinin gəncliyi üçün mübarizədə ən effektli meyvədir. Bu meyvənin tərkibində E və C vitaminlərinin miqdarı çoxdur, dərini toksinlər və ultrabənövşəyi işıq hüceyrələrindən qoruyan antioksidanlarla zəngindir. Həm də kivinin kalorisi aşağıdır, bu da cavanlıqla bərabər gözəl bədən forması deməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir