gavali

Gavalı insan sağlamlığına necə təsir edir?

Baxış sayı: 185

Qədim təbabətdə gavalını uzun sürən qəbizlikdə, mədə qıcqırmasında, aterosklekrozda böyrək xəstəliyində və revmatizmdə istifadə ediblər.

O, iştaha artıran, mədə ağrısını kəsən və sidikqovucu kimi işlədilirdi. Gavalı hamıya xeyirlidir, xüsusən, bağırsaqları zəif işləyənlərə effektli təsir edr. Qara gavalının həlimi və kompotu gözəl yüngül işlədici vasitədir. Səhər acqarına yeyilməsi məsləhətdir. Qara gavalı kalium, natrium, kalsium, maqnezium, fosfor, mis, manqan, sink, xrom, yod və ftorla zəngindir. Yatmazdan qabaq 10-20 ədəd qara gavalı yemək, işlədici kimi təsir göstərir. Qara gavalını yeməzdən əvvəl üstünə qaynar su tökmək lazımdır. Onu qaynatmaq və şirinləşdirmək olmaz. Bel ağrısı zamanı gavalının tumunun özəyindən 25 ədəd, 250 ml arağa töküb, 7 gün saxlanılılr, hazır olduqda ağrıyan yerə sürtülür. Qəbizlikdə çaqqal gavalısı çiçəklərindən və yarpaqlarından 2 x.qaşığı 1 stəkan qaynar suda termosda 2 saat dəmlənilir, süzülür və bir dəfəyə içilir. Gavalı düzgün qurudulanda təzə gavalının xassələrini uzun müddət saxlayır. O, ateroskleroz, hipertoniya və böyrək xəstəliklərində vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Qara gavalıdan dəmlənmişi ödqovucu, yüngül işlədici və ümumi möhkəmləndirici kimi istifadə edilir. Sümüklərin möhkəmliyini saxlamaq üçün, xüsusilə yaşlı və uşaqlar quru gavalı yeməlidir. Həmçinin ürək üçün də qara gavalı çox xeyirlidir.

Gavalı torpağın zəngin maqnezium elementini özünə yığıdığı üçün qara rəngdə olur. Maqnezium orqanizmi xərçəng hüceyrələrindən qoruyan elementlər siyahısına daxildir. Ona görə də, gavalı mövsümündə gün ərzində 5-6 ədəd yeyilməsi məsləhətdir.

Gavalını sevməyənlər isə, onun çiy mürəbbəsini hazırlaya bilər. Qışda açıb çayla içdikdə qoxusundan doymayacaqsınız.

1kq gavalı yuyulur, süfrənin üzərində qurudulur, saplaqları təmizlənir, ət çəkən maşından keçirilir. Üzərinə 1.6 kq qəhvəyi şəkər tökülüb qarışdırılır. İki gün şəkəri qarışsın deyə qarışdırlır. Sterilizə bankalara yığılır. Bankaların başı iki barmaq ölçüsündə boş qalmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir