oyun

Gecə saat 3-də gələn qorxunc zəng: “Mavi Balina”dan sonra yeni təhlükə mənbəyi… – FOTOLAR

Baxış sayı: 1. 236

Bir çox gəncin həyatına son verən “Mavi Balina” oyunundan sonra ortaya yeni bir təhlükə çıxıb. “Mariam” adlı təhlükəli oyun qorxunc səs effektləri və görüntüləri ilə diqqət çəkir. Oyunun son hissəsinə gələn oyunçulara bilinməyən nömrədən gecə saat 03:00-da telefon zəngi gəlir. Hazırda bu təhlükəli oyun sürətlə yayılır.

Salman El Harbi adlı Səudiyyə Ərəbistanlı bir gənc tərəfindən hazırlanan “Mariam” oyununun saçdığı təhlükə “Mavi Balina” oyunundan iki dəfə artıqdır. Oyunda Mariam adlı 9 yaşındakı qız yolda itdiyini qeyd edərək, evə dönmək üçün oyunçudan yardım istəyir. Oyun başlamadan öncə oyunçunun ev adresi və yaxın çevrəsi haqqında məlumatlar tələb edilir. Daha sonra Facebook və WhatsApp bilgilərini paylaşmaq tələb olunur.

Картинки по запросу Mavi balinadan sonra mariam

Hazırda bu təhlükəli oyun Yaxın Şərqdə daha çox yayılmağa başlayıb. Sözügedən bu təhlükəli oyun xüsusən də təhlükəli elementləri ilə valideynlərin diqqətini çəkir. Oyunun Yaxın Şərqdə ciddi bir populyarlığa çatdığı da iddia edilir.

Картинки по запросу Mavi balinadan sonra mariam

Oyunu bağladıqda yenidən oynamaq üçün 24 saat gözləmək lazımdır. Sosial mediada təcrübələrini paylaşan bəzi blogerlər oyunun son səviyyəsində gecə saat 03:00-da bir telefon zənginin gəldiyini deyirlər. Gələn telefon zəngində oyunçulara “Səninlə yenidən görüşəcəyik” kimi qorxulu səslər dinlədilir. Daha sonra oyunçulara mesajlar göndərilir.

Картинки по запросу MARİAM oyunu

Artıq bir neçə ölkədə valdeynlər bu oyunla bağlı məsul şəxslərə müraciətlər də edib. Uşaqların psixoloji təhdid altında olduğunu bildirən valideynlər bu təhlükəli oyunun bağlanması üçün lazımı tədbirlərin görülməsini istəyir. Şiddət, ölüm qorxusu və öldürməyə təşviq edən belə təhlükəli oyunlar uşaqların emosional və sosial inkişafına mənfi təsir göstərə bilər. Bundan başqa, əsas təsir bir neçə aydan sonra baş verə bilər. Uşaqlar bir müddətdən sonra oyunda və həyatda zorakılığı normal bir hal kimi qəbul edə bilərlər.

Qeyd edək ki, bundan əvvəldə “Mavi Balina” adlı təhlükəli oyun ucbatından yüzlərlə gənc intihar etmişdi. Bu oyunda da xüsusi olaraq uşaqlar və gənclər hədəfə alınmışdı. İnternet üzərindən link vasitəsilə yayılmış oyunda olduqca qəribə tapşırıqlar və oyun missiyaları var idi. Misal üçün “Bir gün ərzində heç kimlə söhbət etmə və gecə saat 2-də qalx, sənə təqdim olunan linkdəki qorxulu filmi izlə” kimi tapşırıqlar verilirdi.

 

Turan Oruc

Картинки по запросу MARİAM oyunu




1 şərh “Gecə saat 3-də gələn qorxunc zəng: “Mavi Balina”dan sonra yeni təhlükə mənbəyi… – FOTOLAR

Yegane üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir