YUXU

Gecə tez-tez oyanırsınızsa, SAĞLAMLIĞINIZ TƏHLÜKƏDƏDİR

Baxış sayı: 1. 338

Xirosima Universiteti (Yaponiya) alimləri 13 000 insanın sağlamlıq haqqında məlumatını təhlil etdikdən sonra belə qərara gəliblər ki, gecə yuxudan tez-tez oyanan insanlarda ürəyin işemiya xəstəliyinin təhlükəsi 99% yüksəkdir.

Gec yuxuya gedən insanlarda infarktın riski 52%, insultun riski isə 48% daha çoxdur.

“Gencaile.az” saytı “The Daily Mail”ə istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, 6 saatdan az yatanlarda infarkt riski 24% artmış olur.

Alimlərin fikrinə görə, yuxu pozulmaları, xüsusilə gecə tez-tez oyanmaq simpatik sinir sistemini aktivləşdirir. Nəticədə qan təzyiqi və nəbz artır ki, bu da öz növbəsində ürəyə düşən gərginliyi xeyli artırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir