bitki cayi

Gecələr yata bilmirsinizsə, bu çaylardan için

Baxış sayı: 358

Gün ərzində keçirdiyiniz stress, yaşadığınız hadisələr və əsəb rahat yatmağınıza mane olur. Gecə yerinizə girəndə beyninizi sakitləşdirib, tez yuxuya getmək sizin üçün problem olub.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova yatmazdan əvvəl sakitləşdirici bitki çayları içməyi məsləhət görür.

Nermine Abbasova

“Əsəb sakitləşdirən çaylar arasında ilk sıada çobanyastığı dayanır. Stressdən xilas edir, bədəni rahatladır, gərginliyi aradan qaldırır. Bu çayı içən şəxsin qısa zaman sonra yuxusu gələcək.”

Həkim onu da dedi ki, melissa çayı depressiyada olanlara məsləhət görülür. Əhvalı yüksəldir, beyni sakitləşdirir. Gündə 3 dəfə bu bitkidən dəmlədiyiniz çayı içə bilərsiniz. Beyninizdə yaranan qarışıq fikirləri aradan qaldıracaq.

Mütəxəssis həmçinin qeyd etdi ki, bibəriyə çayı da yuxusuzluq problemini aradan qaldıracaq. Başınız ağrısa, bədəninizdə yorğunluq varsa, çaydan için. Beyində qan dövranını yaxşılaşdırır.

Ağır iş rejimi olanlara da tövsiyələrini verən terapevtin dediyinə görə, adaçayı ağır iş rejimi olanlar üçün ən gözəl məlhəmdir: “Zehni açır, stressi aradan qaldırır. Növbəti günə daha rahat oyanmaq üçün adaçayı için.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir