hamilelik bandaj

Gec yaşda hamiləliyin hansı riskləri var?

Baxış sayı: 1. 837

Ana olmaq yaşı gedərək yüksəlir. Qadınların karyera arzusu ailə, körpə planlarının daha irəli yaşlara təxirə düşməsində mühüm rol oynayır. Buna görə 30 yaş və sonrası yaşanan hamiləliklərin düzgün dəyərləndirilməsi, müntəzəm yoxlanışlar ana və körpə sağlamlığı üçün vacibdir.
Hamiləlik üçün ən ideal yaş 20-30 yaş aralığıdır. 35 yaşdan yuxarı hamilələrdə “irəli hamiləlik” adı ilə risklər daha çox olur. Xroniki xəstəliklər həm irəli yaş hamilələr, həm də körpələr üçün risklidir.

Anada hamiləlikdən əvvəl yüksək təzyiq, ürək, şəkər xəstəliyi kimi xroniki problemlər olarsa, hamiləlikdə risk artır. Analıq yaşının müəyyən həddi var və bu hədd keçilərsə, ana və körpəni müəyyən risklər mütləq gözləyir.

Həmin risklər:

  • Erkən doğuş, ya düşmə
  • Doğuş pozuntuları, ya da körpənin az çəkili halda dünyaya gəlməsi
  • İnkişaf geriliyi və iri körpə
  • Anada hamiləliyə bağlı şəkər və yüksək təzyiq
  • Ana ölümü riski, qanaxma, platentada yerləşən anomaliyalar, platenta çatışmazlığı, qeysəriyyə kəsiyi əməliyyatı.

Yaş keçmiş olsa da, sağlam körpə dünyaya gətirmək üçün davamlı həkim müayinəsinə getmək, məlumatlı olmaq, hamiləliyin planlı olması, hamiləlikdən əvvəl test müayinələrinə əməl etmək, zərərli vərdişləri tərgitmək, düzgün qidalanmaq və fitness proqramlarına başlamaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir