yuxu

Gecə yata bilməyənlər bu xəbəri mütləq oxusun!

Baxış sayı: 757

Təqribən hər üç nəfərdən biri yata bilməməkdən şikayətlənir.

Pensilvaniya və Siçuan Universitetinin alimləri ilk baxışdan zərərsiz kimi görünən bu vəziyyətlə bağlı orta yaşlı 315 insan üzərində tədqiqatlar aparıblar.

Tədqiqatlar göstərib ki, gec yuxuya gedənlər təzyiq və ürək problemi ilə daha çox üzləşirlər. Belə ki, 14 dəqiqədən çox müddətdə yuxuya gedənlərlə müqayisədə daha tez yuxulayanlarda yüksək qan təzyiqi və ürək xəstəlikləri üç dəfə az olur. Beləliklə, alimlər yatmaq üçün 14 dəqiqə ərzində yuxuya getməyi ən optimal vaxt hesab ediblər.

Bəzi araşdırmalar isə sutkada 5 saatdan az yatanlarda qan təzyiqinin daha yüksək olduğunu üzə çıxarıb. Lakin “Daily Telegraph” yazır ki, alimlər yuxu probleminin sağlamlıqdan, yaxud digər səbəblərdən asılı olduğunu birmənalı izah edə bilmirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir