corabla yatmaq gencaile

Gecələr corabla yatmağın bilmədiyiniz zərərləri

Baxış sayı: 1. 597

Qış gələn kimi çoxları yatanda corab da geyinirlər. Lakin corabla yatmaq sağlamlıq üçün təhlükəlidir.

Corabla yatmağın zərərlərini təqdim edirik:

Corabın rezinlərinin ayaq biləyinə uzun müddət təzyiq göstərməsi periferik qan dövranının pozulmasına gətirib çıxarır.

Qan dövranının pozulması ayaqda qaralmaya, dərinin qurumasına və uzun dırnaqlarda formanın dəyişməsinə səbəb ola bilər.

Corabla yatmaq ayaqların tərləməsinə və havasız qalmasına yol açacağından göbələk infeksiyalarının çoxalmasına səbəb ola bilər. Həmçinin ekzema kimi dəri xəstəliklərinin yaranmasına təkan verir.

Corabda qalan yuyucu vasitə qalıqlarının uzun müddət dəri ilə təması dermatitlərə və ya allergiyaya səbəb olur. Nəticədə ayaqda qaşıntı, qızarma əmələ gəlir. Bu üzdən gecə yatarkən corabların çıxarılması dəri və ayaq sağlamlığı baxımından son dərəcə əhəmiyyətlidir. Gün ərzində də ayağı tərlətməyən pambıq corab geyməli, corablar tez-tez dəyişdirilməli və yuduqdan sonra yaxşı yaxalanmalıdır.

Dırnaqlar düz şəkildə kəsilməli, gigiyenik tələblərə cavab verməyən alətlərlə pedikür edilməməli, ayaqlar yuyulduqdan sonra barmaq araları yaxşıca qurudulmalıdır. Bu amillərə diqqət edilməzsə, ayaqda müxtəlif problemlər, o cümlədən dırnaq infeksiyaları ilə qarşılaşmaq mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir