Gələn il məhəbbət ili olacaq

Baxış sayı: 1. 441

2016-ci ilə az qalıb. İndi insanları maraqlandıran əsas məsələlərdən biri yeni ilin ulduz falıdır. Türkiyəli astroloq Zeynəb Turan 2016-cı ilüçün astroloji proqnoz verib. Onun sözlərinə görə, 2016-cı il hər bürcüçün sevgi ili olacaq.

“Gencaile.az” Türkiyə mətbuatına istinadən Zeynəb Turanın astroloji proqnozunu təqdim edir:

2016-ci ildə hansı bürcü nə kimi hadisələr gözləyir?

Qoç 

Qoç bürcünün dəbdəbəli həyat tərzini sevən nümayəndələri bu il də bu istəklərindən əl çəkməyəcək. Hər zaman diqqət mərkəzində olan qoç bürcləri gələn il əsasən iş həyatında böyük nailiyyətlər əldə edəcək.

Qoç bürcü gələn il gözlənilməz eşq macəralarına da hazır olsun. Axtardığınız insanı itirmək istəmirsinizsə, qısqanclığın münasibətlərinizi korlamasına imkan verməyin.

Buğ

Lüks həyat və pul hərisi olan Buğa bürcü üçün 2016-ci il elə də uğurlu olmayacaq. Bədxərclikləri onları gələn il müflis edə bilər. Buna görə də, meymun ilində buğa bürclərini maddi sıxıntılar gözləyir. Lakin dost və sevgi münasibətlərindəki sadiqliyiniz sizə bir çox məsələlərdə yardımçı olacaq. Altıncı hissinizə arxalanaraq etibarınızı qazanmayan, həm də sizə yaxşı təsir bağışlamayan insanları özünüzdən uzaqlaşdırın. Əks təqdirdə xəyanətlə üzləşə bilərsiniz.

Əkizlə

Dəyişkən xarakterli Əkizlər üçün bu il çətin keçəcək. Buna səbəb yersiz tərsliyinizdir.  Qısa desək, diliniz öz başınıza bəla olacaq. Lakin ilin ikinci yarısından sonra işləriniz öz qaydasına düşəcək və bütün sıxıntılardan xilas olacaqsınız. İlin ikinci yarısından sonra şəxsi həyatınızda da heç bir problem olmayacaq.

Xərçəng 

2016-cı il Xərçəng bürcünün nümayəndələrinə böyük uğurlar vəd etmir. Onlar bu il xoşagəlməz hadisələrlə rastlaşacaq. Belə görünür, Xərçənglər hisslərinin qurbanı olacaq. Xərçəng bürcünün hər şeyə həssas yanaşan nümayəndələri xırda şeylərdən inciyib insanlarla aralarına divarlar hörürlər. Qarşı tərəf bunu təkəbbür kimi qəbul etsə də, hadisənin əsl mahiyyəti inciklikdir. Əgər 2016-cı ili hər sahədə yalqız və uğursuz biri kimi başa vurmaq istəmirsinizsə, bu barədə son dərəcə diqqətli olmalı və xırda məsələləri ürəyinizə salmamalısınız.

Şir 

Gələn il Şir bürclərinin işlərin bolluğundan başını qaşımağa vaxtları olmayacaq. Bütün vaxtını işə ayırdığı üçün onları əyləncədən çox uzaq bir il gözləyir. 2016-cı il iş baxımdan Şir bürcləri üçün son dərəcə uğurlu olsa da, şəxsi həyatı haqqında eyni fikri deyə bilmərik. Əgər evli deyilsinizsə, ulduzlar sizin bu il də tək olacağınızı söyləyir.  Hətta evli şir bürcləri də həyat yoldaşı ilə ciddi problemlər yaşaya bilər. Amma çalışqan Şir bürcləri gələn il böyük pullar qazanacaq. Biznes sahəsində də ulduzları çox parlaqdır.

Qız 

Qız bürclərinin iş şövqü  heç vaxt səngimək bilmir. Məsuliyyətli olmaları və alman dəqiqliyi ilə bəzən ətrafdakıları bezdirirlər. Yeni ildə də işləri ilə çox məşğul olan Qız bürcünü karyerasında böyük nailiyyətlər gözləyir.

Lakin həddindən artıq tələbkar olmaları, xüsusilə, həyat yoldaşlarını narahat edir. Həyat yoldaşınızla münaqişədən qaçmaq üçün onu tələblərinizlə boğmayın.

Subay Qız bürcləri isə 2016-cı ildə olduqca şəhvətpərəst münasibətlər gözləyir.

Tərəzi 

Həyatını planlaşdıraraq  yaşamağa üstünlük verən Tərəzi bürcləri sağlamlıqlarına və xarici görünüşünə xüsusi fikir verirlər. Ancaq qış aylarında bu balans pozulacaq, bundan başqa, səhhətinizdə müəyyən problemlər yaranacaq. Narahat olmağa əsas yoxdur, bahar aylarında yenidən əvvəlki sağlamlığınıza qovuşacaqsınız.

Yay aylarında isə Tərəziləri xəyallarında qurduqları sürpriz məhəbbət gözləyir.

Əqrəb 

2016-cı ildə Əqrəbləri şəxsi həyatında yeniliklər gözləyir. Evlilik baxımdan da düşərli il olacaq. Lakin yersiz qısqanclığınızla özünüzə əlavə problemlər də qazanmış olacaqsınız.

Oxatan 

Əyləncə düşkünü olan Oxatan bürclərini gələn il xoşagəlməz sürprizlər gözləyir. Uşaq ruhlu olduğu üçün yaxınlarını istəmədən incidirlər. Bu səhvlərinə görə, 2016-cı ildə bir çox dostları və tanışları onunla əlaqələrini kəsəcək. Bir sözlə, tənhalıq 2016-ci ildə Oxatan bürclərinin ən böyük cəzası olacaq. Bu səbəbdən insanlarla ünsiyyətdə daha diqqətli olmaq tövsiyə olunur. Yoxsa ömrünüzün sonuna qədər tək qala bilərsiniz.

Oğlaq 

Qənaətcilliyi ilə tanınan Oğlaq bürcləri üçün 2016-cı il xeyirli-düşərli il olacaq. Xüsusilə, iş həyatında uğur qazanacaq, maddi rifahı yaxşılaşacaq. Sevgi məsələsində isə onları romantik bir il gözləyir.

Dolça 

Dolça bürcünün bacarmadığı iş yoxdur. Onlar 2016-cı ildə iş həyatında böyük nailiyyətlər əldə edəcək. İlin əvvəlində maddi cəhətdən heç bir sıxıntı keçirməyəcəklər. Lakin ilin sonlarında mühüm maddi problemlər gözlənilir. Əgər qənaətcil olmasanız, bunun peşmançılığını uzun müddət çəkəcəksiniz.

Balıq 

Şıltaq və küsəyən davranışları ilə diqqət çəkən Balıq bürclərini çətin il gözləyir. Bu həssaslığınız sizə sosial həyatınızda da mane olacaq. Kiçik şeylərdən vasvasılıq edib, uşaq kimi ağlamağa başlayırsınız. Hər sözdən inciməyiniz sevgiliniz və həyat yoldaşınızla da münasibətlərinizə təsirsiz ötüşməycək. Həssaslıq məsələsində çox diqqətli olmalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir