zohre

“Gəlin qapazaltı olmamalıdır”

Baxış sayı: 1. 493

Əməkdar artist Zöhrə Abdullayeva gəlinindən danışıb.

“Hər şey daxil” verilişinə qonaq olan müğənni deyib ki, oğlu öz xalası qızını alıb: “Oğlum evlənəndə, qarışmadım, lakin doğru seçim etdi. Xalası qızını aldı. Gəlində abır-həya, utancaqlıq olmalıdır. Yersiz utancaqlıqdan danışmıram. Gəlinin üzünə baxanda, necə biri olduğu məlum olur. Gəlin gətirəndə əsilli ailədən qız almalısan, genetikadan çox şey asılıdır. Gəlini qul kimi görmək olmaz, gəlin qapazaltı olmamalıdır. Oğul dözümlü, ağıllı qız almalıdır. Biz hər şeyə dözmüşük. İstəmirəm ki, mənim dözüb yaşadıqlarım qızların başına gəlsin”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir