ygbn

Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi məsələsi parlamentdə müzakirəyə çıxarılır

Baxış sayı: 2. 075

Azərbaycan Milli Məclisi ailə quran iki işsiz gəncdən birinin dövlət tərəfindən icbari olaraq işlə təmin edilməsi, gənc ailələrə sosial güzəştlərin tətbiqi, imkanlı ailələrin övladlarına icbari psixoloji yarımın göstərilməsi və s. məsələləri əhatə edən yeni qanun layihəsini bu sessiya müzakirə edəcək.

Milli Məclisin Sosial siyasət komitəsindən  verilən məlumata görə, “Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında” adlı bu yeni qanun layihəsi komitənin yaz sessiyasında iş planına daxil edilib.

ygbnLayihədə qanunda nikaha girən işsiz cütlükdən birinin dövlət tərəfindən işlə təmin olunması ilə bağlı xüsusi müddəalar var. Bununla bağlı xüsusi kvotalar müəyyənləşdiriləcək. Məqsəd sosial durumu ağır olan ailələri bu vəziyyətdən birdəfəlik çıxarmaqdır. Yeni qanunda ehtiyacı olan imkanlı gənc ailələrə, imkanlı ailələrin gənc övladlarına psixoloji yardımlar da nəzərdə tutulur. Məqsəd ailə institutunun möhkəmləndirilməsidir.

 

Layihədə eyni zamanda sosial durumu ağır olan gənc ailələrə ipoteka kreditinin uzun müddətə, az faiz və az əməkhaqqı ilə verilməsinə icazə verən müddəalar da var.

 

/apa.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir