idmanci qiz

Gənc qızlara xəbərdarlıq: çox idman sonsuzluq yaradır

Baxış sayı: 1. 774

Mütəxəssislər idmanı çox sevən qızlara xəbərdarlıq edib. Yetkinlik dövrünə yeni girmiş bədənin hədsiz idmanla yorulması və nizamsız qidalanma yumurtalıq keyfiyyətini pozaraq sonsuzluğa səbəb ola bilər.

Hər şeydə olduğu kimi idmanın da çoxu zərərlidir. Xüsusən yetkinliyə yeni addımlamış gənc qızlarda çox idman etmək ciddi sağlamlıq problemlərinə yol açır.

Çox və ağır şəkildə idman edən qızlar bir də nizamsız qidalanarsa, bu, qadınlıq hormonu olan esterogenin səviyyəsini azaldır və  buna bağlı olaraq sümük əriməsi yaşanır. Fiziki və ruhi baxımdan fərqlilik yaşandığı bir dövrdə çox idmanla məşğul olan qızların 60 faizində “Amenore”, yəni heç mensturasiya olmama halı yaşanır.

Çəki itkisi, hədsiz yorğunluq, diqqət pozğunluğu, mensturasiya pozğunluğu, ya da mensturasiyanın tamamən kəsilməsi hallarında mütləq həkimə müraciət etmək lazımdır.

Yetkinliyə yeni girmiş həssas bədənin çox idmana məruz qalması əzələ yaralanmalarına və sümüklərdə travmaya bağlı olmadan öz-özünə yaranan qırıqlara səbəb olur. Bu hal müalicə edilməzsə, sonsuzluğa yol açır. Vitaminsizlikdən dolayı yumurtalıq keyfiyyəti pozulur. Gənc yaşdakı qızlar kökəldiklərində mensturasiyaları qaydaya  düşür və sonsuzluq problemi yaşanmır.

Gənc qızlar idmana bağlı olsa da, yeməklərinə də diqqət etməlidir, kalsium,  vitamin qəbul etməlidir.  Çox idman ediləndə mensturasiya vaxtları qeyd edilməli və nizamlı qidalanmaq lazımdır. /lent.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir