film

Gerçək hadisələr haqqında çəkilmiş 5 film

Baxış sayı: 1. 279

Bu yazıda sizə gerçək hadisələr haqqında çəkilmiş 5 filmdən bəhs etmişik. Reallığı sevən, daima öyrənmək, şəxsiyyətləri, maraqlı hadisələri kəşf etmək istəyən şəxslərin ən sevdiyi film janrı. Əgər sadalanan insan katiqoriyasına daxilsinizsə, deməli, doğru postu oxuyursunuz.

“Alive” – İlk tövsiyə edəcəyim film “Alive” adlanır. 13 oktyabr 1972-ci ildə And dağlarında qəzaya düşmüş təyyarənin içində sağ qalanların həyat mübarizəsi bu filmdə əks olunmuşdur. Film 1993-cü ildə çəkilmişdir. Onların 71 gün ərzində yaşadıqları çətinlikləri filmə baxarkən açıq-aydın hiss edə biləcəksiniz. Film haqqında daha çox yazıb spoiler vermək istəmirəm, bu mövzuda izləyə biləcəyiniz ən təsirli film olacaq.

“127 Hours” – Film bir macərapərəstin kanyonda çıxılmaz vəziyyətdə qalması haqqındadır. 127 saat 127 əsr kimi gələ bilir bəzən, bu film onu isbat edir. Əli daşların arasında qalan dırmancın yaşam mübarizəsi sizi filmi sona qədər izləməyə vadar edəcək. 2010-cu ildə tamaşaçılara təqdim edilmişdir.

“In the heart of the sea” – Filmdə Essex gəmisində balina yağı üçün okeana yol almış gəmiçilərin başına gələn hadisələrdən bəhs edilir. Aksiyon, macəra və bioqrafiya janrı sevənlər üçün əla seçim olacaq. 2015-ci il istehsalıdır.

“Eat, Pray, Love” – Filmin əsas qəhrəmanı Liz Gilbertdir. Onun hər şeyi var – həyat yoldaşı, evi, uğurlu karyerası. Ancaq o, əslində özünü tam tapa bilmədiyini düşünür və ən çox nə istədiyini axtarmağa çalışır. Öz komfort zonasından çıxaraq risk edib həyatında hər şeyi dəyişir. Və beləcə səyahətə başlayır. İzlədiyiniz zaman Lizlə birlikdə öyrənəcəksiniz… Bu film “Qadınların baxmalı olduğu filmlər” siyahısında da yer almışdır. 2010-cu ildə tamaşaçılara təqdim edilmişdir.

“12 Years a Slave” – Solomon Northupın 1853-cü ildə yazdığı və öz hekayəsindən bəhs edən romanı əsasında çəkilən filmdə Northup, ABŞ-ın şimalında yaşayan azad bir insandır və tanınmış skirpka ustasıdır. Filmdə Northupın qaçırılaraq kölə edilməsi və keçirdiyi köləlik illərindın bəhs edilir. 2013-cü il, ABŞ və Böyük Britaniya istehsalıdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir