meshurlar

Gerçək yaşlarını biləndə şok olacaqsız: qocalmaq bilməyən xanımlar

Baxış sayı: 1. 638

Onlar sürətlə axıb gedən zamana sanki meydan oxuyurlar. İllər keçir, amma onların gözəlliyindən heç nəyi almır, əksinə, daha da gözəlləşirlər. Şərab kimi, sanki illər keçdikcə gözəllikləri artır. Baxışları, duruşları, rəftarları… Bütün bunları özündə birləşdirən bir çox məşhur qadın var. Onlar illər keçsə də, gözəlliklərini qoruyurlar. Bunun sirrini heç kəs bilmir. Özləri zaman-zaman hər hansı sirrin üstünü açırlar, bəzənsə “xəsis”lik edib bunu təbiətin üstünə yıxırlar. Lakin yenə də özlərinə heyran qoymağı bacarırlar. İllərə meydan oxuyan məşhur qadınları və onların yaşlarını təqdim edirik.
Nebahat Çehre

Nebahat Çehre 4 uşaqlı ailənin tək qızı olaraq doğulub. Atası gürcü, anası laz mənşəli olan N. Çehre 5 yaşında olanda ailəsi İstanbula köçüb. 15 yaşında “Türkiyə gözəli” seçilib. Manikenlik və fotomodellik etdiyi illərdə bir çox kino təklifi alıb. 1961-ci ildə “Yaban Gülüm” adlı kinoya çəkilib. Bir çox müvəffəqiyyətli işlərə imza atan N. Çehrenin 72 yaşı var.

Ajda Pekkan

“Diva” və “Superstar” ləqəbləriylə tanınan müğənninin tam adı Aişə Ajda Pekkandır. Uşaqlıqdan bəri xəyalları müğənni olmaq idi. Xəyallarına qovuşa bilmək üçün əlindən gələn hər şeyi etdi və bacardı da. A. Pekkan hazırda 70 yaşındadır.

Ayşegül Aldinç

1981-ci ilin “Eurovision” Mahnı Müsabiqəsində Türkiyəni təmsil edib. Bir çox film və serialda çəkilən Ayşegül 1995-ci ildə 9-cu Adana “Altın Koza” Film Festivalında ən yaxşı qadın aktrisa kimi mükafata layiq görülüb. A. Aldinçin 58 yaşı var.

Zühal Olcay

O, teatr aktrisası və müğənnidir. Bir çox film və televiziya seriallarında rol alıb. Z. Olcay indi 58 yaşındadır.

Emel Sayın

Uğurlu kino aktrisa və usta səs sənətçisidir. 1998-ci ildə “Dövlət Sənətçisi” adını layiq görülüb. Bir çox musiqi albomu ilə yanaşı, filmlərə də çəkilib. Hazırda 70 yaşındadır.

Filiz Akın

Həm aktrisa, həm yazıçı, həm də televiziya aparıcısıdır. Türk kinosunun zadəgan, müasir və zərif üzü olaraq filmsevərlərin rəğbətini qazanıb. Kinonun “sarışın ulduzu, Avropa üzü” kimi tanınır. F.Akın hazırda 73 yaşındadır.

Madonna

“Popun kraliçası” kimi tanınan dünya ulduzudur. ABŞ-lı müğənni və aktrisadır. O, həmçinin işgüzar qadın kimi də uğur qazanıb. Madonna “bütün dünyada ən çox albomu satılan və ən çox dinlənilən qadın sənətçi” kimi “Ginnessin Rekordlar Kitabı”na düşüb. Popun kraliçasının 57 yaşı var.

Şeron Stoun

“Emmy” və “Qızıl qlobus” mükafatını qazanan, “Oskar”a namizəd olan ABŞ-lı kino aktrisadır. Sənətə manikenlikdən gəlib. Ş. Stoun dünyada geniş bir tamaşaçı kütləsi olan və illərdir tamaşaçılarını qoruyub saxlayan aktrisadır. Türkiyə istehsalı olan “Kurtlar Vadisi” adlı serialda da rol almaqla özünə tamaşaçı məhəbbəti qazanıb. Onun hazırda 58 yaşı var.

Sarah Cessika Parker

“Emmy” və “Qızıl qlobus” mükafatının sahibi olan amerikalı aktrisadır. Həmçinin prodüser və dizaynerdir. “Sex and the City” adlı serialda baş rol ifa etməsiylə dünya şöhrəti qazanıb. İndi 50 yaşındadır.

Sandra Ballack

2010-cu ildə “Oscar” mükafatını qazanaraq, “Ən yaxşı qadın aktrisa” nominasiyasında qalib olub. Bir çox filmdə rol alaraq müvəffəqiyyətlərə imza atıb. Onun indi 51 yaşı var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir