geyim

Geyimlər xarakteriniz haqqında nə deyir? – FOTOLAR

Baxış sayı: 1. 434

Üslub kim olduğumuz haqqında heç bir söz demədən məlumat verməyin yeganə üsuludur. Paltar insan haqqında ön sözdür, hərdən isə əsl kitab ola bilir. Bu yazıda da məhz geyimlərinizin xarakteriniz haqqında nə dediyindən bəhs edəcəyik.

 

 

Yubka-karandaş hörmət doğurur

Giydiklerimiz karakterimiz hakkında ne söylüyor?

Dar köynək iddialı və rəsmi olmağı sevdiyimizi göstərir və ümumi görkəmə ciddilik verir.

Yubka-karandaş modelinə əsasən klassika tərəfdarları üstünlük verir. Belə xanımlar özünə güvənən, sakit, güclü obraz yaradır və ətrafda özünə qarşı hörmət doğurur.

Dəri geyimlərdən çox istifadə edənlər müstəqil və üsyankar xarakterlidir.

Image result for leather dress sreet style

Dəyirmi kəsimli paltarlar isə sizin daha yumşaq xarakterə malik olduğunuzu göstərir, eləcə də asan və xoş xasiyyətli bir insan obrazı yaradır.

 

Stilettolar zərifliyi, baletklar isə gücü ifadə edir

Giydiklerimiz karakterimiz hakkında ne söylüyor?

Stiletto geyinən xanımlar həssas ruhlu, zərif və nəcib xarakterə malikdir.

Səndəl geyinməyi sevənlər bir az sərt, eyni zamanda əyləncəli ruha malik olduğumuzu göstərir.

Baletka isə sahibinin həyata çəhrayı eynəkdən baxdığını, lakin ən çıxılmaz vəziyyətdə belə özünü qoruya bildiyini ifadə edir.

Image result for balet dress sreet style

Aksessuarlar kimliyimizin ən böyük aynasıdır

Giydiklerimiz karakterimiz hakkında ne söylüyor?

İri halqa sırğalar o an heç nəyin vecimizə olmadığını, ağrılara alışdığımızı göstərir. İncə bilərziklər maskulen bir tərəfimizin olduğunu anladır, daş-qaşlı üzüklər alicənablığı, nəcibliyi, kiçik qaşlı zərif üzüklər dəbdəbəli həyatı sevmədiyimizi, böyük qaşlı üzüklər isə dəbdəbəli bir həyat tərzinə önəm verdiyimizi göstərir.

 

Rənglər bizi ələ verir

Giydiklerimiz karakterimiz hakkında ne söylüyor?

Rənglərin də insan psixologiyası üzərində təsiri böyükdür. Üslubla yanaşı, istifadə etdiyimiz rənglər insan haqqında müəyyən mesajlar ötürür.

Əhvalımız yaxşı olanda adətən əlvan rənglərə üstünlük veririk, tünd rənglər isə fikirli, başımızın qarışıq və həll etmədiyimiz problemlərin olduğunu göstərir.

Image result for white dress sreet style

Ağ təmizliyi, etibarlılığı, sabitliyi təmsil edir. Çəkiciliyi, müvəqqəti olmağı, ağlı, ehtirası və intellektuallığı xatırladır, eləcə də qarşımızdakına böyük arzuları, ümidləri olan insan olduğumuzu bildirir.

Tutqun boz, xaki və tünd yaşıl kimi rənglər gizli qalmaq arzusunu ifadə edir, ürkək obrazı yaradır.

Ən təsirli və diqqət cəlb edən rəng qırmızıdır. Bu rəng energetik, cəsur, sərt, enerjili, həyəcan verici şəxs olduğumuzu göstərir, həmçinin hər kəsə meydan oxuduğumuzu bildirir.

Image result for red dress sreet style




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir