kisi

Gizli irəliləyən göz xəstəliyi: kor ola bilərsiniz – DİQQƏT!

Baxış sayı: 1. 309

Bütün dünyada yaşanan korluq probleminin ən mühüm səbəblərindən biri qlükomadır (göz təzyiqi). Milyonlarla insana təsir edən geniş yayılmış qlükoma gizli göz siniri xəstəliyidir. Müalicəsinin tam olaraq mümkün olmadığı deyilir. Ancaq müalicə olunub qarşısı alınmazsa, qalıcı korluğa səbəb ola bilər. Buna görə də erkən diaqnoz bu xəstəliyin müalicəsində mühüm sayılır.

 

Qlükoma özünü bəlli etmir

Məlumdur ki, gözün tərkibindəki maye göz kanalları vasitəsilə gözdən xaric edilir. Bu kanallarda tıxanma yarananda isə maye yetərincə bayıra axa bilmir və nəticədə göz təzyiqi artaraq qlükomaya səbəb olur. Artan göz daxili təzyiq isə görmə sinir hüceyrələrini öldürərək, qalıcı görmə itkisinə yol açır və erkən müəyyən edilməməsi bu baxımdan təhlükəlidir.

 

Əlamətləri varmı?

Qlükomanın olma ehtimalından şübhələnmək üçün yaşanan şiddətli göz ağrısı, görmə qabiliyyətinin azalması, gözdə qızartı və bulantı, qusma əlamətlərinə diqqət edin.

Uşaqlarda da qlükoma olur. Doğuşdan görülən qlükoma “konjenital glokom” adlanır.

Tək və ya iki gözü birdən tuta bilir. Odur ki, gözündə sulanma, böyümə, işıqdan narahatlıq fərq edilən uşaqlarda bu xəstəliyin olmasından şübhələnmək lazımdır. Bu körpələr sıxlıqla gözlərini ovuşdururlar.

 

Qlükoma riskini artıran amillər

45 yaşdan yuxarı olanlar, ailəsində qlükoma olanlar, siqaret çəkənlər, şəkər xəstələri, yüksək qan təzyiqi, yüksək nömrə eynək taxanlar, uzun müddətli kortizol dərman istifadə edənlər, gözdən zədə alanlar, miqreni olanlar, korneası incə olanlar, qalstukunu çox sıx bağlayanlar risk altındadırlar.

Qeyd edək ki, siqaret çəkənlər də bu risk qrupuna daxildir. Çünki siqaret həm göz təzyiqini artırır, həm də gözə gələn qan miqdarını aşağı salaraq, göz sinirinin daha tez təsirlənməsinə səbəb olur.

Qlükoma əsasən 40-89 yaş arası insanlarda rast gəlinir və illərlə özünü büruzə vermədən gizli irəliləyə bilər.

 

Erkən diaqnoz üçün ildə ən az bir dəfə göz müayinəsi vacibdir

Qlükoma olan göz müalicə olunsa belə, əvvəlki sağlamlığına qayıda bilməz, çünki zədələnmiş sinir hüceyrələrini bərpa etmək mümkün deyil. Qlükoma yalnız göz müayinələri zamanı aşkarlana bilər. Ona görə də ən azı ildə bir dəfə göz müayinəsinə getmək məsləhətdir.

Qlükoma müalicəsində ən vacib amil səbr etməkdir. İlk iş olaraq zədələnməyən sinir hüceyrələrini qorumaqd lazımdır. Bir dəfə zədələnmiş sinir hüceyrələrini yenidən geri qaytarmaq mümkün olmadığı üçün erkən diaqnoz mütləqdir. Xəstəliyin müalicəsi ömür boyu davam edə bilər. Göz təzyiqini aşağı salmaq üçün istifadə edilən üsul dərman və göz damcılarıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir