bas agrisi

GİZLİ TƏHLÜKƏ: Bu əlamətləriniz varsa…

Baxış sayı: 627

Bədənin patoloji tükənməsini yorğunluqdan ayırd edə bilmək üçün bir neçə əlamət var.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu barədə ingilis dietoloq Klarisa Lener danışıb.

Mütəxəssisin sözlərinə görə, tükənmişlik sindromunun əsas əlaməti əhval-ruhiyyənin dəyişməsidir. Bu, özünəqapanma, narahatlıq, depressiya şəklində özünü göstərə bilər. Narahatlıq yaradan başqa bir səbəb yaxşı yuxudan sonra yorğunluğun keçməməsidir. Yorğunluq zehni pozğunluq və konsentrasiya problemi ilə müşayiət edilə bilər.

Yuxarıda göstərilənlərə əlavə olaraq, mütəxəssis dəriyə diqqət yetirməyi məsləhət görür: quru və solğun olarsa, həddindən artıq iş yüklənməsinin əlaməti ola bilər. Çəkinin kəskin dəyişməsi də tükənməyi göstərir. Tükənmişliyin müalicəsi digər xəstəliklərin müalicəsi qədər vacib və məsuliyyətli məsələdir.

Aytən Məftun




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir