gobelek

Göbələk bu orqanı xərçəngdən qoruyur

Baxış sayı: 936

Həftədə ən azı 3 dəfə göbələk yeməyin prostat xərçəngi riskini azaltdığı məlum olub.Yaponiyada aparılan bir araşdırmaya görə, 40-79 yaşda olan 37 min nəfərə yaxın kişi 13 il izlənilib. Müşahidə olunan şəxslərə qidalanma alışqanlıqları, yaşam tərzləri də daxil olmaqla bir çox suallar verilib.

Araşdırma, ən azı həftədə 3 dəfə göbələk yeyənlərin prostatın bədxassəli şişinə tutulma riskinin, həftədə bir dəfə yeyənlərdən 17 faiz daha az olduğunu aşkarlayıb.

Göbələyi həftədə iki dəfə yeyənlərdə isə bu riskin 8 faiz daha az olduğu müəyyən edilib.

Qeyd olunur ki, bu, yaşı 50-dən çox olan kişilərdə daha çox nəzərə çarpır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir