g

Göbələk haqqında bilmədikləriniz

Baxış sayı: 2. 677
Qida dəyərinə görə göbələklər ətdən, meyvə və tərəvəzlərdən geri qalmırlar. Göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, C, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir. Lakin göbələkdə yağlar az olduğu üçün onlar az kalorili qida sayılır və arıqlamaq məqsədilə pəhriz saxlayanlar göbələkdən istifadə edə bilərlər. Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir. Ateroskleroz, piylənmə, diabet, hipertoniya və s. xəstəliklərinin profilaktikası üçün göbələklərdən istifadə edilməsi yaxşı effekt verir.
Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələklər fiziki və əqli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir. Bundan əlavə göbələklər xüsusi maddələr – antioksidantlarla olduqca zəngindir. Bu maddələr onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edir.
ABŞ-ın Milli Xərçəng Mərkəzinin alimləri sübut ediblər ki, göbələklərdə xərçəng əleyhinə olan xüsusi maddələr var. Misal üçün, alimlərin fikrinə görə, şampinyonlardan istifadə olunması qadınları süd vəzisi xərçəngindən qoruyur.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir