yuxu

Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamaları

Baxış sayı: 160

Yuxu əslində çox vacibdir. Çünki onlar, günlük yaşamımızdakı qorxu və arzuları ortaya çıxarır. Ona görə də insanın yuxularına diqqət yetirməsi – özünü tanımasına aparan çox mühüm bir vasitədir. Bəs yuxulardan nə nəticə çıxarmalı? Onları necə başa düşməliyik? Sizlərə ən tez-tez rast gəlinən 15 yuxu növünün açıqlamasını təqdim edirik!

1. Təqib edilmək – Diqqət etməniz gərəkən bir şeylər var
Təqib edilmək - Diqqət etməniz gərəkən bir şeylər var

Bu hallarda qorxu və gərginlik keçirdiyimiz üçün, adətən, yuxunu xatırlayırıq. Belə vəziyyətdə vacib olan və üstündə düşünülməsi lazım olan – nədən qaçdığınızdır. Bu, beyninizin sizi, həyatınızda diqqət yetirməniz gərəkən bir şeylər olduğunu xəbərdar etmək metodudur. Nəyi düşünməkdən və ya nə ilə üzləşməkdən qorxduğunuzu fikirləşsəniz, bunun nə olduğunu tapacaqsınız.

2. İnsanlar – fərdin fərqli cəhətləri
İnsanlar - fərdin fərqli cəhətləri

Yuxularınızda gördüyünüz insanlar əslində sizdən başqası deyildir. Bu insanlar sadəcə sizin başqa-başqa cəhətlərinizi simvolizə etməkdədirlər. Burda edilməsi gərəkən yuxunuzdakı insanların analiz edilməsidir. Əgər gördüyünüz insanlar tanınmış insanlardısa – yuxunuz, onlarla münasibətinizi düşünmək və ya onların hansı cəhətinizi simvolizə etdiyini araşdırmaq və bunun üzərində işləmək lazımdır.

3. Ev – İnsanın zehni
Ev - İnsanın zehni

Şüurumuz müxtəlif laylardan ibarətdir. Yuxuda görülən ev də, fərqli mərtəbələri, otaqları, şüurumuzun müxtəlif təbəqələrini əks edir. Məsələn, evin zirzəmi qatı, insanın oyaq həyatında diqqətsizlik etdiyi, görməzdən gəldiyi məsələləri; Yataq otaqları isə sıx və səmimi fikirləri, xatirələri əks edir. İnsanın evin içində necə gəzdiyi isə, bu təbəqələrlə necə ünsiyyətə keçdiyini, beyninin dərinliklərində yatan məlumatları necə qiymətləndirdiyini ortaya qoyur.

4. Yemək – Bilgi
Yemək - Bilgi

Fiziki dünyada yeməklər bədənimizi bəsləyir və enerji verir. Yuxularda isə yeməklər, zehni qidanı, yəni məlumatı əks edir. Bu səbəbdən yuxularda görülən qidalar, insanın zehni aclığına, yeni biliklərə və düşüncə tərzlərinə olan ehtiyacına işarə edir.

5. Məktəb – Öyrənmək
Məktəb - Öyrənmək

Yuxuda məktəb binası, sinif görmək və ya bunlarla əlaqəli ola bilən başqa bir şey görmək (imtahana girmək kimi) öyrənmə prosesini əks edir. Bu, fiziki dünyada baş verən hadisələrdən yeni şeylər öyrənmək, yeni baxış bucaqları qazanmaq anlamına gəldiyi kimi, insanın özünə yönəlməsi və özünü daha yaxşı tanıması lazım olduğuna dair bir ipucu da verir.

6. Çılpaqlıq – Dürüstlük və açıqlıq
Çılpaqlıq - Dürüstlük və açıqlıq

İnsanın özünü yuxuda çılpaq görməsi, özünə aid olan bir sıra xüsusiyyətlərin və hisslərin üzə çıxdığını və insanın bu vəziyyət qarşısında özünü etibarsız və müdafiəsiz hiss etdiyini ifadə edir.

7. Seks – Birləşmə və yaraеtma
Seks - Birləşmə və yaraеtma

Yuxuda sekslə məşğul olmaq, şüurdan kənar duyğu və arzuların, şüur səviyyəsində agah olduğu mənasına gəlir. Bu yuxular eyni zamanda insanın özü, ya da ətrafındakı insanlarla yaratdığı yeni səmimi münasibətləri də əks etdirir.

8. Nəqliyyat vasitələr – Təcrübə mübadiləsi
Nəqliyyat vasitələr - Təcrübə mübadiləsi

Yuxuda görülən avtomaşınlar və ya nəqliyyat vasitəsi səfərləri, şüurlu həyatınızda etdiyiniz təcrübələri, bu təcrübələr üzərində nə qədər əlinizin olduğunu düşündüyünüzü və həyat yolunda qarşınıza çıxan maneələri əks edir. Bundan başqa, gördüyünüz nəqliyyatın forması və böyüklüyü də fərqli mesajlar verir. Məsələn, böyük vasitələr məqsədlərinizə çatmaq naminə həyatınızda etdiyiniz tənzimləmə və planları, ya da o yolda sizinlə birlikdə addımlayan digər insanları; Tibbi maşınlar yaxşılaşmağa duyduğunuz ehtiyac; Polis maşınları isə intizama duyduğunuz ehtiyacı ortaya qoyur.

9. Körpə – Yenilik
Körpə - Yenilik

Yuxuda uşaq görmək adətən yeni bir fikri və ya inkişafını ifadə edir. Eyni zamanda, görmək istədiyiniz dəyişikliklər üçün özünüzdə axtardığınız potensialı ortaya çıxarmaq məsələsində beyninizin sizə verdiyi bir xəbərdarlıqdır.

10. Ölüm – Dəyişiklik
Ölüm - Dəyişiklik

Ölüm, zehnin dilində bir vəziyyətdən, ya da ölçüdən başqa birinə keçməyi ifadə edir. Bizlər adətən ölüm yuxularını mənfi və kədərli kimi səciyyələndiririk, ancaq, əslində bu yuxular insanın həyatında baş verən radikal dəyişiklikləri ortaya qoyurlar.

11. Heyvanlar – Vərdişlər
Heyvanlar - Vərdişlər

Yuxuda görülən heyvanlar, duyğularımızın rəmzləridir. Buna görə də, heyvan olan yuxular da, insanın vərdişlərini ifadə edir. Bu növ yuxular eyni zamanda gündəlik həyatımızda təkrar edən hadisələrə və gizli arzularımıza qarşı fərqli bir iç baxış əldə etməyimizə yardımçı olurlar. Əlbəttə, bu yuxularda heyvanın növü, olduğu yer və yuxunun mahiyyəti də, heyvanların yuxuda simvolizə etdikləri şeylər üzərində dəyişiklik yaradır.

12. Yıxılmaq – Nəzarət
Yıxılmaq - Nəzarət

Yuxuda yıxılmaq, oyaq şüur vəziyyətinə qayıdışı əks edir. Yuxusunda yıxıldığını görən adamın adətən yerə dəymədən əvvəl oyanması da bu səbəbdəndir. Bununla bərabər, yuxusunda nəzarətsiz bir şəkildə yıxıldığını görən insan, gündəlik həyatında bəzi şeylərin nəzarətini təmin etmədiyini hiss edir və bundan narahat olur, ya da bəzi şeyləri həyatından çıxarmaq məsələsində qorxu yaşayır.

13. İlan – Mübarizə
İlan - Mübarizə

Yuxuda ilan görmək, müxtəlif həyati maneələrə qarşı apardığınız mübarizəni və oyaq vəziyyətdə üzləşməyə qorxduğunuz duyğuları əks edir.

14. Dişlər – Bəyənilmə arzusu
Dişlər - Bəyənilmə arzusuwww.dentkonsept.com

Dişlərlə bağlı ən tez-tez görülən yuxu, dişlərin tökülməsidir. Bu növ yuxular, insanın xarici görünüşü və insanların onu necə gördüyü ilə əlaqədar qayğıları əks edir. Bu səbəbdən diş tökülməsi arzularının rədd edilmə və cəlbedici yoxluq qorxusundan irəli gəldiyi güman edilir.

15. Uçmaq – Həddini aşmaq

Uçmaq - Həddini aşmaqwww.binkelam.com

Şübhəsiz ən gözəl və xoşbəxtlik verici yuxulardan biri uçma yuxusudur. Bu yuxuların məzmunu da özü qədər gözəldir, çünki yuxuda uçduğunu görmək, insanın məhdudiyyətlərini sərtləşdirdiyini və həyatda yeni səviyyələrə çatdığını göstərir. Bu yuxular eyni zamanda sizə narahatlıq verən həyat vəziyyətlərindən və ya münasibətlərdən xilas olaraq yeni hədəflərə qanad açdığınızı göstərir. (Publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir