EV

Görün, ata və 7 yaşlı qızı səfərdə olan ana üçün nə etdilər – FOTOLAR

Baxış sayı: 1. 446

Rusiyanın Tümen şəhərinin Marat adlı sakini maraqlı fotolayihə hazırlayıb. “Gencaile.az”-ın Axşam.az-a istinadən məlumatına görə, o, həyat yoldaşı işlə bağlı səfərə getdikdən sonra qərara gəlib ki, qızı ilə ana üçün fotohesabat etsinlər.

Ata və 7 yaşlı qız İnstaqramda “gündəlik işlər”i görən yerdə çəkilən əyləncəli fotoları paylaşıblar.

Hər fotoda da anaya “Burada hər şey qaydasındadır” mesajı göndərilib. Marat bildirib ki, “Ana evdə hər şeyin səliqəli olmasını istəyir, biz isə indi istədiyimizi edirik. O, gələndən sonra deyinə bilər, amma əsas odur ki, bu, çox əyləncəlidir”.

Onun sözlərinə görə, qızı ilə tək qalması birinci dəfə deyil. Əvvəllər də onlar birgə səyahət edib və anaya maraqlı videolar hazırlayıblar.

Hər fotonun hazırlığı təxminən yarım saat çəkir. Bu işdə onlara fotorəssam Yevgeniy Şulç da kömək edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir