qadin-gozellik

Gözəllik üçün ölümü gözə almış qadınlar… – FOTOLAR

Baxış sayı: 171

Qadınlar üçün makiyaj və baxımlı olmaq yalnız bu gün deyil, keçmişdə də önəmli olub. Müasir dövrdəki qadınlar olduqca şanslı sayılır. Çünki keçmişdə qadınlar kosmetik məhsullar ilə fərqli bir təcrübəyə sahib idilər. Bu yazıda sizə gözəllik uğrunda ölümü gözə alan qadınlar haqqında maraqlı məlumatları təqdim edirik.

Romalı qadınlar gözlərinin daha böyük və gözəl görünməsi üçün belladonna damlalarından istifadə edirdi. Belladonna insanı öldürə biləcək gücdə olan zəhərli bitki sayılırdı. Roma qadınları bunu bilə-bilə ondan istifadə edirdi.

Qədim Misirdə qırmızı dodaq boyası əldə etmək üçün ağlasığmaz yöntəmlərə əl atılırdı. Qiymətli daşları əzərək və ya bir xeyli toksin maddələri qarışdıraraq dodaq boyaları hazırlayırdılar. Bu da bir çox xəstəliyə, hətta ölümə səbəb olurdu.

11

Tarixin ən gözəl qadınları siyahısında olan Kleopatranın zamanında da ətirin hazırlanması və istifadəsi geniş yayılmışdı.

3

Kraliça Elizabetin zamanında qadınlar cild baxımı üçün arsen adlı maddədən istifadə edirdilər. Təbii ki, zəhərli maddələrdən istifadənin ağır nəticələri olmalıdır. Bu maddədən istifadə edən bir çox qadınlarda zob xəstəliyi aşkarlanırdı, hətta bəziləri ölürdü.

Elə həmin dövrlərdə qadınlar üz maskaları üçün də ağlasığmaz yollara əl atırdılar. Belə ki, üz cildlərini gözəlləşdirmək istəyən qadınlar, kömür qətranından istifadə edirdilər. Bu da ağır nəticələr ilə sonlanırdı. Bir çox qadın hətta görmə qabiliyyətini itirərək kor olurdu.

Yapon mədəniyyətinə aid olan milli rəqqasələr və müğənni qadınlar olaraq bilinən Geyşalar da üz baxımı üçün qəribə üsüldan istifadə edirlər. Həmin qadınlar bül-bül quşunun nəcisindən üz maskası olaraq istifadə edib, gözəl qalmağa çalışırlar.

29

Qadınlar tarix boyu cild baxımını gözəlləşdirmək üçün quş nəcisindən timsah yağına qədər bir çox çılğın vasitələrə əl atıblar. Araşdırmalara görə, bir qadın öz ömrü boyunca kosmetikaya ortalama 15 min dollar pul xərcləyir.

 

Turan Oruc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir