kisi

Göz həkiminin qəbuluna yazılmaq üçün 5 səbəb

Baxış sayı: 1. 500

Araşdırmalar göstərir ki, dünyada yaşayan insanların 60%-i və üstü göz sağlamlığı ilə problemlər yaşayırlar. Müasir dünyada bu hətta gənc və uşaq yaşlarında rast gəlinir.

Gözlərin sağlamlığı üçün insan tez-tez uzaq məsafələrə baxmalıdır. Müasir insanlar isə günün bir çox hissəsini kompüter, tablet, telefonun ekranına baxmaqla keçirdirlər.

Bəzən göz ilə bağlı problemlər özünü baş ağrısı, yorğunluq, baş gicəllənməsi kimi simptomlarla büruzə verir ki, insan da bu simptomları göz xəstəlikləri ilə əlaqələndirmir və oftalmoloqa müraciət etmir. Xəstəlik isə daha da dərinləşir və ağırlaşmalara gətirib çıxardır.

Özünüzdə bu simptomları müşahidə etmisinizsə, oftalmoloqa (göz həkiminə) müraciət edin:

– Tez-tez təkrarlanan baş ağrıları

“Səbəbsiz” baş ağrılarından əziyyət çəkirsinizsə, oftalmoloqun müayinəsindən keçin. Bu görmənin pisləşməsinin əlaməti ola bilər.

– Baş gicəllənməsi

Bunun səbəbi də görmənin pisləşməsi, düzgün seçilməmiş eynək və ya kontakt linzaları ola bilər. Bəzən insanlar həkimlə məsləhətləşmədən eynək alır və ya digər insanların eynəklərindən istifadə edirlər. Bu çox təhlükəlidir və çox ağır nəticələrə gətirib çıxarda bilər.

– Oxuma zamanı tez yorulursunuz, xoşladığınız kinoya sona qədər baxa bilmirsiniz

Bu da çox xarakterli simptomdur. Gözlər gərgin olur və bu daha tez yorulmağa səbəb olur.

– Göz yorğunluğu, gözlərdə yandırma və qaşınma

– Gözlərin qarşısında xətlərin, nöqtələrin “üzməsi”

Bu çox təhlükəli simptomdur. Bunun səbəbi müxtəlif ağır göz xəstəlikləri ola bilər




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir