boya

Göz kölgəsi ilə düzgün boyamaq üçün 7 ipucu

Baxış sayı: 1. 447

İndi göz kölgəsi erasıdır. Belə bir zamanda isə onları düzgün şəkildə istifadə etmək mütləqdir. Mükəmməl makiyaj üçün göz kölgəsi istifadə etmək vacibdir. Çünki onun köməyilə siz görünüşünüzü çox parlaq edə bilərsiniz, baxışınızı vurğulayacaqsınız. Bunun üçün sizə 7 ipucu veririk.

1. Yüksək keyfiyyətli praymer istifadə edin

Daha yaxşı parymer yaxşı göz kölgəsindən də vacibdir. Praymer kölgəni daha davamlı edir.

2. Kölgə

Əsas qayda kölgələrdir. Düzdür kölgəni tapmaq üçün çox vaxt sərf edilir amma nəticə əla olur.

3. Fırçalar haqqında unutmayın

Bir çox fırçalarda göz kölgəsini tətbiq etmək funksiyası var. Amma bunları istifadə edib mükəmməl makiyaj etmək demək olar ki, imkansızdır. Buna görə də, göz kölgəsini tətbiq etmək üçün xüsusi fırçalar lazımdır ki, barmağa uyğun olsun. Bunun üçün bloqerləri izləmək və ta makiyaj mütəxəsəssilərindən məsləhət almaq olar.

4. Yumşaq keçid

Gözlərinizə necə göz kölgəsini tətbiq edə bilərsiniz? Çox çalarları istifadə edərək, zonaları arasında çox kəskin xətlərin qarşısını almaq üçün cəhd edin. Yumşaq keçid üçün isə eyni çalarlar daha uyğundur.

5. Alt göz qapağına diqqət edin

Göz altına kölgə tətbiq etdikdə o yaxşı görünmür və qara dairə təsiri bağışlayır. Əgər alt göz qapağına nəsə tətbiq etmək istəsəniz eyeliner və ya nazik kölgə istifadə edə bilərsiniz.

6. Örtücü və kirşan

Göz makiyajınızı daha cəlbedici etmək üçün gözaltın örtücü tətbiq edin. Əgər siz smoky-eyes istəsəniz örtücü üzərinə də kirşan əlavə edin. Bu tünd kölgəni vurğulamaq ümün yetərlidir.

7. Minimum 3 çaları yoxlayın

Gecə və gündüz mükəmməl göz makiyajı üçün 3 çalar çox vacibdir – parlaq çalar gözün daxili bucağı üçün, açıq çalarlar orta hissə üçün və tünd çalarlar gözün xarici bucağı üçün. Belə bir rəng paletini siz hər yerdən tapa bilərsiniz. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir