makyaj

Göz makiyajının 11 sirri

Baxış sayı: 266
  1. Göz kölgəsindən istifadə etmədən əvvəl göz qapaqlarınızı mütləq hazırlayın – biraz tonlaşdırıcı krem ya da açıq rəngli qapatıcı və üzərinə yüngülvari pudra ilə.
  2. Fırçanızı tam olraq doldurmayın, yüngülvari ton verərək başlayın və kölgələri getdikcə istəyə görə tündləşdirin.
  3. İki, üç və ya dörd tonlu göz kölgələri ağlınızı qarışdırır? Ən açıq rəng başlanğıc üçündür – biraz açığı ilə göz qapağınızı boyayın. Orta tondakı iç yarısına və ən tünd rəngdə olanı çöl yarısı və kontur zolağına çəkilir.
  4. Rəng kombinasiyaları barədə şübhələriniz varsa, tək və təbii rənglə bütün göz qapağını boyaya bilərsiniz.
  5. Göz kölgəsinin gözünüzün iç və ya çöl kənarlarından çıxmasına icazə verməyin. Bu hal makiyajınızın tünd görünməsinə səbəb olacaq.
  6. Uzun müddət qalıcı bir rəng istəyirsinizsə kremin üstünə toz kölgə çəkin.
  7. Kölgənizi çəkdikdən sonra tünd olduğunu düşünürsünüzsə, pambıqla yüngülvarı silin və ya dərinizə uyğun bir rənglə kölgənin rəngini açın.
  8. Göz kölgənizdən müxtəlif üsullarda istifadə edə bilərsiniz – nəmli ya da quru – eyeliner əvəzinə. Yalnızca kirpikləriniz boyunca çəkmək üçün uyğun bir fırçadan sitifadə etməlisiniz.
  9. Gözlərinizin iç künclərini (V hissəsi) açıq rəngli parıltılı bir boya ilə boyasanız, gözləriniz daha parlaq görünəcək.
  10. Gözlərinizi tünd rəngli qələm və ya kölgə ilə çərçivələmək onları daha balaca göstərəcək. Əgər gözləriniz balacadırsa buna diqqət edin.
  11. Gözlərin alt iç hissəsini ağ rəngli qələmlə boyayaraq daha böyük gözlər əldə edəcəksiniz.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir