goz

Göz rəngini dəyişdirənləri hansı təhlükə gözləyir?

Baxış sayı: 48
Nə qədər qəribə səslənsə də, dünyada göz rəngini dəyişdirənlər var. Lakin bu, çox riskli olduğundan korqalma ehtimalı yüksəkdir.
Avropa və Amerikada Səhiyyə Nazirliyi lazer vasitəsi ilə göz rəngi dəyişdirmə əməliyyatını qadağan edib.
Oftalmoloq Levent Akçay göz əməliyyatları barədə danışaraq, iki növ qalıcı göz rəngi dəyişdirmə əməliyyatının mövcud olduğunu bildirib:
“Göz rəngi dəyişdirmə proseduru lazer vasitəsilə və  iris taxılaraq edilir. Ancaq bu zaman belə xəstənin göz müayinəsindən keçməyi mütləqdir. Göz təzyiqi və digər göz xəstəlikləri varsa lazer vasitəsilə əməliyyat mümkün deyil. Xəstənin gözünün zərər görmə ehtimalı yüksəkdir”.
“Bu əməliyyat mövcud olsa da pasiyentin istədiyi göz rənginin alınması mümkün deyil. Bir müddətdən sonra rəng dəyişiləcək. Gözün rəngi açılacaq, amma qeyd edim ki, xəstənin rəng seçmə şansı yoxdur”, – deyə Akçay qeyd edib.
Həkimin sözlərinə görə, qalıcı rəng üçün cərrahi üsuldan istifadə edilir. Hansısa göz xəstəliyindən əziyyət çəkirsə, pasiyent öncə müalicə olunmalıdır, daha sonra əməliyyat edilməlidir.
Süni göz rənginin yerləşdirilməsinin Türkiyədə 2003-cü ildən bəri edildiyini vurğulayan həkim, sağlam olan pasiyentlərdə bu cərrahi üsulun uğurla edildiyini qeyd edib.
Amerikada məşhur olan göz rəngi dəyişdirmə əməliyyatının riskləri kifayət qədər çoxdur. Bu səbəbdən heç bir həkim bu üsulu məsləhət görmür.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir