goz

Gözaltı qaralmaların əsas SƏBƏBLƏRİ

Baxış sayı: 1. 724

Gözaltı qaralmalar həm sağlamlıq, həm də gözəllik baxımından narahat edən bir haldır. Çox zaman yuxusuzluq və göz yorğunluğunun səbəb olduğu gözatı qaralmaların digər səbəblərini də bilsək, bunlardan xilas ola bilərik.

 

Gözaltı qaralmaların daha çox görülən səbəbləri

Ən sıx rastlanan üç səbəbi genetik, allergiya və burun axıntılarıdır. Genetik olaraq daha çox Asiya xalqlarında dəriyə tünd rəng verən melonin hormonunun sayı çox olduğundan onlarda qara gözaltlarına rast gəlirik.

Dəri xəstəliklərindən olan otopik eqzema da gözaltı qaralmalarının səbəblərindən biridir.

Digər önəmli səbəbi isə yaşlanmadır. Yaşlanma ilə gözaltı dəri incəlir, dərini canlı göstərən kollagen maddənin səviyyəsi azalır və beləliklə, gözaltı damarlar özünü daha çox biruzə verir.

Sümüklərin çıxıntılı olması, göz qapaqlarının şiş olması, ya da gözaltı çuxurumuzun daha qabarıq olması qaralamların daha çox özünü biruzə verməsinə səbəb olur.

 

Bəs sizdə gözaltı qaralmaların səbəbi nədir?

Gəlin, test edək. Barmaq uclarınız ilə gözaltınıza dərini gərəcək şəkildə 30 saniyə yüngül təzyiq edin. Bu hərəkətdən sora gözaltına diqqətlə baxın. Qaralma getdikcə artırsa, bu, genetik və yaşlanmayla bağlıdır. Əgər halqa dəyişməsə ultrabənövşəyi, ya da allergik səbəblərdən ola bilər. Qaralma azalırsa, damarların görünməsi və piqment çoxluğu, ya da hər ikisinə birdən bağlıdır .

 

Allergiya

Gözaltı qaralmalara qida, kosmetik allergiyalar səbəb ola bilər. Damarlar daha tündləşərək daha çox görünür.

Kosmetik allergiya zamanı gözünüz qıcıqlanır və siz də qarşılığında gözlərinizi qaşıyırsız. Göz qapağı dərisi nazik olduğundan altında incə damarlara zərər verir, göz qapaqlarında şişmə və ləkələrə səbəb ola bilir. Melonin, ya da piqment ifraz edən hüceyrəyə təsir edir və nəticədə daha çox rəng maddəsi ifraz edir və gözaltı qaralma yaşanır.

 

Burun axıntısı

Burun tıxanıqlığı zamanı göz qapağı ilə burun arasında olan qan damarlarında şişmə olaraq gözaltı göylərin daha da görünür hala gəlməsinə səbəb olur. Burnunuzda çəpər əyriliyi, ya da artıq ət problemində də bu damarlar şişər və gözaltı qaralma olar.

 

Vitamin əskikliyi və yetərsiz qidalanma

Özəlliklə B, C, K, E vitamin əskikliyi gözaltı halqalara səbəb olur. Böyrəküstü vəzimiz sağlam çalışmazsa, qəhvə, spirtli içki və şəkəri çox qəbul etsək, vitamin qəbulu pozularsa, dərimizdə şişmə olur və tünd halqalar daha çox görünür. Qidaların tərkibində olan sulfid (məsələn, şərabda var) dəridə şişkinlik yaradır və yenə gözaltı qaralmalara səbəb olur.

Duz miqdarını da azaltmalısız.

Susuz qaldığımız zamanlarda damarlarımız genişlənərək daha çox görünür. Spirtli içki və qəhvə çox içdiyimizdə də bədən susuz qalır. Spirti içki və siqaret dərinin oksigenləşməsinə zərər verir.

 

Siqaret

Siqaret sayəsində dəriyə gedən oksigen miqdarı azalır. Damarlarımız da bunun əvəzində genişlənir.

 

Hormonlar

Özəlliklə qadınlarda menstruasiya, hamiləlik zamanı qansızlıq yaşanr və bu zaman damarlar genişlənir, gözaltı qaralar daha çox görünür.

 

Yuxusuzluq

Həm gözaltı qaraya səbəb olur, həm də artmasına. Yuxusuzluq zamanı stress və sağlamlıq problemləri yaşanır. Dərimiz daha yaşlı və solğun görünür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir