goz

Gözlərinizi daha böyük göstərən makiyaj hiylələri

Baxış sayı: 221

Əgər düzgün makiyaj üsullarından istifadə edib, bəzi hiylələri bilsəniz üzünüzü olduğundan daha fərqli göstərə bilərsiniz. Gözlərinizi daha böyük göstərmək istəyirsinizsə, tövsiyələrimizi diqqətlə oxuyun.

 

Ağ göz kölgəsi
Ən çox bilinən makijay üsulu qaşların altına ağ kölgə vurmaqdır. Ancaq gözlərinizi böyük göstərmək üçün bunun əksinə ağ kölgəni gözünüzün künclərinə vurmalısınız. Bu ağ parlaqlıq gözünüzü olduğundan böyük göstərəcəkdir.

 

Kirpiklər
Gözlərin məna qazanması üçün kirpiklərin təsiri böyükdür. Kirpiklərinizə tuş çəkməmişdən əvvəl kirpik qatlayanla qatlayın. Sonra isə yaxşı bir tuşla kirpiklərinizi dolğun və qalın hala gətirin. Ancaq gözlərinizin daha böyük görünməsi üçün alt kirpiklərinizə tuş çəkməyin.

 

Qaşlarınıza forma verin
Son zamanlarda qalın qaşlar dəbdədir. Buna görə də qaşlarınızı qalınlaşdıraraq düzgün bir forma verin. Əlbəttə ki, bu zaman üz quruluşunuza uyğun bir qaş forması istifadə etməlisiniz. Düz formada olan qaşlar gözləri böyük göstərməyə kömək edir.

 

Düzgün layner

Layneri qalın, yoxsa incə və uzun çəksəniz gözləriniz olduğundan böyük görünər? Bunu bilmək üçün hər iki formanı da yoxlamalısınız. Bununla siz öz göz quruluşunuza uyğun layner çəkmək qaydasını tapacaqsınız.

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir