Gözləri qorumaq üçün 8 MƏSLƏHƏT

Baxış sayı: 2. 284

Aparılan araşdırmalar zamanı məlum olub ki, mühitin işıqlandırılması və kondisioner göz sağlamlığına ziyandır. “Gencaile.az” Aile.lent.az-a istinadən göz sağlamlığınızı qorumaq üçün lazım olan məlumatları təqdim edir.

Bulanıq görmə, gözdə yanma, quruluq hissi, sulanma, qızartı, gözləri qıyaraq baxma, diqqət yönəltmə çətinliyi, cüt görmə və işığa həssaslıq kimi şikayətlərlə özünü göstərən göz yorğunluğu ofis şəraitində işləyənlərin tez-tez qarşılaşdığı problemlərdir. Ofis şəraitində göz sağlamlığına təsir edən amillər mühitin işıqlandırılması, havalandırma və kondisioner ola bilər. Ən vacib təsir isə uzun zaman ekrana baxmaqdır. Bu cür vəziyyətdə gözün iki bölməsi daha çox təsirlənir. Bunlardan birincisi göz səthidir. Uzun müddət ekrana baxdıqda göz səthi kifayət qədər nəmlənmir və quruluq, qızartı kimi göz səhti qıcıqlanması problemlərinə səbəb olur. İkincisi isə göz əzələləridir. Eyni məsafədən ekrana uzun zaman baxmaq həm göz uyğunlaşma əzələsində, həm də gözü hərəkət etdirən əzələlərdə spazma səbəb olan bulanıq görmə, diqqət cəmlənmə və baş ağrısı kimi narahatlıqlar meydana gətirir.

Göz xəstəliklərinin qarşısını almaq üçün

Nizamlı göz müayinəsi, kompüter ekranlarından düzgün istifadəyə diqqət etsəniz, kompüterin səbəb olduğu göz problemlərinin qarşısını almaq mümkündür. Göz müayinəsi və ekrandan istifadə qaydaları ilə bağlı diqqət edilməsi lazım olanları bu cür sıralaya bilərik:

1. Göz müayinəsinə laqeyd yanaşmayın. Dəqiq görməyə mane olan hipermetropiya, miyop, astiqmatizm kimi qüsurlar, göz hərəkətlərinə təsir edən çəplik və ya sürüşmə kimi əzələ funksiyaları ilə digər göz xəstəliklərinin olub-olmamasını aydınlaşdırmaq məqsədilə ildə bir dəfə müayinədən keçmək vacibdir.

2. Düzgün eynək seçmək vacibdir. Eynəkdən istifadə edilirsə, onun nömrəsi istifadə edilən ekran məsafəsinə görə təyin edilməlidir. Bundan başqa, istifadə ediləcək eynəklərin xüsusi olaraq seçilməsi əks olunmaları azaldaraq, qamaşma şikayətinin azalmasını təmin edə bilər.

3. Kontakt linzalardan istifadə edərkən diqqətli olun!  İşləyərkən diqqətlə baxmaq, göz qırpma sayının azalmasına və göz səthinin qurumasına səbəb olur. Bunun göz səhtində kontakt linza olan zaman edilməsi quruluq problemlərinin də artmasına səbəb olur. Ekrana baxaraq işləyən zaman konktakt linza yerinə eynək taxsanız bu problemlərin azalmasına nail olarsınız.

4. Göz yaşı funksiyalarınızı ölçdürün. Göz yaşı funksiyalarını müxtəlif testlərlə dəyərləndirmək, ekrandan istifadə zamanı süni göz yaşı tərkibli göz damlalarından istifadə edilməsi quruluqla bağlı şikayətlərin aradan qaldırılmasını təmin edir.

5. Ekran məsafəsini qoruyun. Ofisdə istifadə edilən kompüter ekranının uzaqlığı 50-60 sm və hündürlüyü göz səviyyəsində olmalıdır.

6. Mühit işıqlandırılması düzgün qurulmalıdır. Ekran işığı səviyyəsindən yüksək həddən çox gur aydınlıqdan istifadə edilməməlidir.

7. Kompüter qarşısında işləyənlər yarım saatdan bir fasilə versin. Təxminən 20-30 dəqiqədən bir verilən fasilə zamanı 20 saniyə uzağa baxın. Bu, göz əzələlərinin spazm inkişafı və buna bağlı göz, baş ağrılarının yaranmasının qarşısını ala bilər.

8. Gözünüzü şüurlu olaraq qırpın. Ekrana baxan zaman gözlər tez-tez qırpılır. Bu, göz səthinin nəmlənməsini təmin edir və həddən artıq sulanma azalır. Bundan başqa, işlədiyiniz mühitdə kondisionerin gözlərə doğru istiqamətlənməməsi də quruluq problemini aradan qaldıra bilər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir