goz qelemi

Gözlərin rəngi insan haqda nə deyir?

Baxış sayı: 1. 899

İnsanın müxtəlif bədən üzvləri, bürcü, doğulduğu il onun xasiyyəti haqqında məlumat verir. Hətta göz rəngi belə insan haqqında ətraflı məlumat almağa imkan yarada bilər.

Mavi – mavi gözlü insanlar enerjili, pozitiv düşüncəli, tez qərar verməyi bacaran olurlar. Əli açıq olan mavi gözlülər dəyişikliklərdən qorxmurlar. Bir az xəyalpərəstirlər. Bunun üçündə reallıqları görməkdə çətinlik çəkirlər. Mavi gözü olan insan ətrafındakılar tərəfindən çox sevilir. Vəzifəpərəst olmurlar.

Qara – qara gözlü insanlar çox həyacanlanan, nizam-intizamlı olurlar. Onların sevgisi kimi kinləri də çox güclüdür. Qarşılarındakı insanları daima idarə etmək istəyirlər. Qara gözlər ehtiras, çoşğu əlamətidir. Amma bəzən belə rəngli gözü olan insanlar təsəvvür ediləndən də hiyləgər ola bilər.

Yaşıl göz insanlar sevdikləri şəxslərin xətrinə dəyməyi sevmirlər. Çox əsəbi olmaqlarına baxmayaraq heç kimin xətrinə dəyməməyə çalışırlar. Bunun üçün də hisslərinə hakim olmağı bacarırlar. Gözü yaşıl olan insanlar yaxşı qərar verə bilən və qabiliyyətli olurlar. Onlar son dərəcə qısqanclıqları ilə də seçilir.

Ala göz – intuisiaları güclüdür, olduqca həssas bir ürəyə sahibdir. Çox qürurlu olurlar bə qürurlarını qıranları əsla bağışlamırlar.

Qəhvərəngli göz – belə insanların ən pis xüsusiyyəti özlər haqqında olan sirləri hamıya demələridir. Adətən “gözü bağlı” olurlar. Yaşadıqları uğursuzluqlar həyatda daha real qərarlar verməklərinə kömək edir. Qəhvərəngli gözlü insanlar başqalarını düşünən, hamı ilə yola getməyi bacarırlar. Amma bəzən onların sədaqətsiz olmaları və işlər istədiyi kimi getməyəndə, çox əsəbləşdiklərini görmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir