qidalar

Güclü olmaq üçün nəyi necə yemək lazımdır?

Baxış sayı: 1. 480

Güclü və böyük olmaq istəyirsiniz? Çoxlu yeməlisiniz! Bu məqalədə qidanın düzgün hazırlanması barədə məlumat əldə edəcəksiniz.

Daim formada olmaq istəyənlər mütləq qidalarına diqqət yetirməlidirlər. Lakin bilin ki, yediyiniz məhsullarla yanaşı onların necə hazırlanması da önəmlidir.

Suda qaynatmaq 

Bu qidanın hazırlanmasının ən yaxşı metodlarından hesab edilir. Məhsullar daha çox vitamin və mineallarını saxlayır, zərərli maddələrdən azad olurlar (misal, toyuqdan zərərli maddələr çıxır). Lakin qaynadılmış qida o qədər də dadlı olmur.

Sobada bişirmək

Sobada bişirərək qlikogen indeksi artırmış oluruq. Misal üçün suda qaynadılmış kartofda qlikogen indeksi 70-dir isə, sobada bişmiş kartofun qlikogen indeksi 95-ə bərabər olur ki, qanda şəkəri qaldırır. Əgər xüsusi torbalardan istifadə edirsiniz isə, torbaların maksimum dərəcə hədlərini aşmamalısınız. Yəni əgər üzərində 180 dərəcə yazılıbsa, sobanı maksimum 180 dərəcə qızdırmalısınız. Əks halda ziyanlı maddələr qidaya keçə bilər.

Buxarda

Qida sulu, sağlam alınır və ən əsası da yanmır. Buxarda bişən balıq çox dadlı olur. Tərəvəzlər rəngini belə itirmir. Lakin eyni anda ət ilə tərəvəzi bişirmək olmaz, onların bişmə müddətləri fərqlidir. Forma saxlayanlar üçün buxarda hazırlama üsülu ən yaxşısıdır.

Qril

Açıq odda, tavada, sobada, aero/elektroqrildə… Bunlar hamısı eyni dərəcədə xeyirli deyil. Aeroqril və soba – ən yaxşısıdır. Açıq odda bişən ət hiss olur və onda kanserogen maddələr yaranır. Üstəlik hansı kömürdə hazırlandığı vacibdir. Tavada ət yana bilər.

Qızartma

Qızartma zamanı məhsullar artıqyağı canlarına çəkirlər ki, nəticədə orqanizm daha çox yağ qəbul etmiş olur. Qaynar yağda məhsullar yanmağa başlayır ki, orqanizm üçün təhlükəli kanserogen maddələr yaranmağa başlayır. Belə hazırlanma qaydası xolesterini artırır.

Pörtləmə

Burada öz müsbət və mənfi təsirləri var. Yağsız bişirilir bu artıq üstünlükdür. Pörtləmə ət ən yaxşı həzm olunandır. Lakin pörtləmə vaxtını düz seçmək lazımdır. Əgər çox pörtlətsəniz bütün xeyirli maddələr buxarlanıb gedəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir