Gul kelemi kotleti

Gül kələmindən kotlet necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 562

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyənə var?” rubrikasında bu dəfə gül kələmi kotletinin hazırlanma qaydasını təqdim edirik.

 

Ərzaqlar:

1 ədəd ortaboy gül kələmi

2 ədəd yumurta

2 xörək qaşığı un

Duz

İstiot

Qızartmaq üçün yağ

 

Hazırlanması:

Gül kələmini doğrayıb yuyun. Duzlu suda tam bişənədək qaynadın. Sudan çıxardıqdan sonra əzib püre halına gətirin. Soyuduqdan sonra üzərinə yumurta, duz, istiot, əlavə edib yaxşı qarışdırın.

Tavada yağı qızardıb qarışımdan 1 xörək qaşığı həcmində götürüb tavaya qoyun və kotletləri ikitərəfli qızardın. İsti-isti  süfrəyə verin.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir