psixoloq efsane rustemova

“Gülnarənin yoldaşı” – “NATAMAM”

Baxış sayı: 1. 206

– Mümkünsə, mənə bir acı kofe gətirsinlər. Bu gün səhər içməmişəm deyə başım partlayır.

– Əlbəttə, indi deyərəm.  Hər gün içirsiniz deməli (gülümsəyirəm)

– Hər gün, mümkün olsa, gündə bir neçə dəfə hətta. Xaiş edirəm, siz də başlamayın, bu yaşda ziyandı və s…

– Özünüz bilirsinizsə, mən bu barədə danışmağa vaxtımı sərf etmək istəmərəm, düzü…

– Bu arada ilk dəfədir psixoloq yanına gəlirəm, yəqin təxmin edərsiniz ki, məcburən gəlmişəm. (gülür) Qadın psixoloqla nə danışacağımı da bilmirəm, işin açığı…

– Bax, Xəyal, öncəliklə qeyd edim ki, gedişatda sizə “SƏN” deyə müraciət edəcəyəm. O ki qaldı “QADIN” məsələsinə, zehniyyət olaraq sevişmədiyimiz adamlara cinsiyətləri yönündən yanaşılmasına qarşı biriyəm. Yalnız partnyorumuz olanlar bizim üçün cinsiyyəti ilə basqın olur, qalan hamı isə İNSANDIR. ( İş etikası, ixtisasdan dolayı yaranmış fərqli yanaşma və s. kimi detallara girsəm də anlamayacaq biri olduğu üçün ifadə üslubumu bu cür seçdim. )

– Əla imiş. Yəqin həyat yoldaşım da buna arxayın olduğu üçün məni sizin yanınıza rahatlıqla göndərib (gülür) Hə, keçim problemə. Əslində mənim problemim deyil ha, yoldaşım bunun problem olduğun düşünür və psixoloqa getməsəm məni boşayacağını dediyi üçün burdayam.

– Əgər istəsən, kofeni içərkən mən də işlərimlə məşğul ola və konsultasiya keçdiyimizi ona deməyinə şərait yarada bilərəm. Çünki təşəbbüskar olmayan biri ilə söhbətdən zövq almıram ( o düşünürdü ki, mən ondan danışması üçün rica edəcəyəm, lakin bu cümlə onunçün gözlənilməz və təəccüblü oldu deyə artıq özü narahat idi, danışmaq istəyirdi. QEYD: Bu üsul hamıya tətbiq oluna bilməz. Qarşındakı insanın xarakterindən yola çıxaraq üslubunu bəlirləmək uğurlu konsultasiya üçün əsasdır.

– Xətrinizə dəydim deyəsən, bağışlayın. Yox, əlbəttə evimizdə həmişə onun dediyi olmur, gəlmişəmsə, deməli həm də özüm istəmişəm. Yolunda getməyən nələrsə var, sadəcə mənim buna dair fərqindəliyim azdır. Yoldaşım daha tez görür belə şeyləri və üstünə düşməyimizi istəyir ki, yaxşı ailə olaraq davam edək. Əslində o olmasa, heç mən nəyəsə nail olacağımı da düşünmürəm. O məni həmişə biz üstündə saxlayır sanki. Onun bu həssaslığıı bəyənsəm də, yoruluram sanki, özümü yarış atı, qonşuya nümunə olmağa məhkum övlad kimi hiss edirəm. Belə hiss etdikcə də daha çox uzaqlaşıram ondan, daha çox “pis” olmağa çalışıram. Ya o bu cür ruh halımda geridə dura bilməyi öyrənməlidir, ya da məndən gözləntilərini sıfırlamalıdır… Mən özümü doğrultmaq çabası ilə ömrümü davam etdirmək istəmirəm.. Yəqin indi düşünürsünüz ki, 40 yaşında kişinin dərdinə bax. Amma mən yorğun ömür yaşamış cəfakeş kişi olmaq üçün uyğun adam deyiləm. Yoldaşım da bunu anlamalıdır. Siz ona bunu uyğun dillə izah etməlisiniz, əks halda bizə bir vəkil tapmalı olacaqsınız.

– (Bu situasiyada iki səbəb var, xoşbəxt olmayan ailədə böyüyən qadının uşaqlarının da bunu yaşamaması üçün ekstra çabası və 18 yaşına qədər ailəsinə özünütəsiq üçün çabalamış, hər yerdə nümunə olmağa fokuslanmış bir kişinin yorğunluğu… Müşahidəmə əsasən məhz bu ailədə ikisinin də olduğunu düşünürəm. Və yenə risk edib açıq sualla soruşmaq istəyirəm) Valideynlərinizin sizi kəşf etməsi üçün nələrinizi qurban vermisiniz?!

– Yoldaşımın tərəfini tutub məni danlayacağınızı düşünürdüm… Amma siz həqiqətən də peşəkar davranmağı bacardınız. Açığı, bu mövzularda heç kəslə danışmamışam, kiminsə mənim zəifliklərimdən xəbərdar olması da arzuladığım bir şey deyil. Amma görürəm ki, mən çox önyarğılı olmuşam sizə-ixtisasınıza qarşı… İcazə versəniz, gələn dəfə yoldaşımın xəbəri olmaan bir dəfə məhz öz təşəbbüsümlə Gülnarənin yoldaşı olaraq yox, Xəyal olaraq gəlmək istəyirəm.

– Məmnun olaram. Onda mən qızlara deyim, yeni çeşid kofelər alsınlar.

– (gülümsəyir)

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir