GUNES

Günəşin zərərli şüalarından necə qorunmalı? – 8 TÖVSİYƏ

Baxış sayı: 160

Vətəndaşlar son günlərdə respublika ərazisində havanın temperaturunun həddən artıq yüksək olmasından əziyyət çəkirlər.

Günəşin zərərli UVA və UVB şüaları dəridə daimi problemlərin yaranmasına səbəb olur. Həkimlər bu cür anomal istilərin dəridə yanıq və ləkələrə səbəb olmaqla yanaşı, “dəri xərçəngi”nə də gətirib çıxardığını bildirirlər.

Buna görə də, xüsusilə bu gün və bir neçə gün ərzində bəzi məsləhətlərə əməl etmək lazımdır:

1. Günəş şüalarının 90 dərəcə bucaq altında düşdüyü saatlarda qapalı məkanlarda olmağa diqqət edin.

2. Dəri tipinizə uyğun günəş kremləri çəkin.

3. Krem və ya kosmetik vasitə çəkdikdən sonra ən azı 20 dəqiqə gözləyib, sonra açıq havaya çıxın.

4. Qulaq, ənsə, burun, çiyin və ayaq nahiyəsinin qorunmasına xüsusi diqqət ayırın.

5. İstifadə müddəti bitmiş heç bir kosmetik vasitəni saxlamayın.

6. Havanın isti, lakin buludlu olduğu hallarda da dərinizə qulluq etməyi unutmayın. Belə ki, buludlar zərərli şüaların keçiriciliyini heç də azaltmır.

7. Həddən artıq tərlədikdən, duş qəbul etdikdən və ya dənizdə çimdikdən sonra dərinizi qurulayın.

8. Tünd rəngli geyimlər geyinməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir