kisi

Günə uğurlu başlamaq üçün 4 əsas qayda

Baxış sayı: 1. 606

Hər səhər öz yatağından durub yeni günə başlamaq üçün əziyyət çəkirsiniz? “School of Greatness” kitabının müəllifi Lyuis Xaus sizi necə motivasiya etmək olar sualına cavab verir

Yadınıza salın ki, siz nə ilə özəlsiniz

Hər səhər yatağınızdan qalxmamışdan öncə yadınıza 3-5 əlamətdar hadisəni salın. Hansılar ki, onlara görə hər an Allahınıza təşəkkürlər edirsiniz. Məsəl üçün : nə yaxşı ki, mənim  işim var, nə yaxşı ki, Allah məni belə sağlam yaradıb və ya nə yaxşı ki, yanımda məni anlayan qadın var və s.

Heç bir zaman sonraya iş saxlamayın

Aparılıan araşdırmalara əsasən hər gün 3 oğlandan biri öz yerini yığmır. Amma günə başlarkən sənin ilk işin məhz o olmalıdır. İlkin olaraq yatağınızı yığın, daha sonra digər işlərinizi planlayın və heç bir işi sabaha saxlamayın.

Beyninizi oyadın

Səhər idmanı sizin gün ərzində özünüzü idarəetməkdə yardımçı olmaqla yanaşı, beyninizi oyaq saxlayır. Eyni zamanda səhər açılandan artıq siz təravətli görünürsünüz. Axşam saatlarında onsuz da hansısa işlər sizin idman zalına getməyinizə mane olacaq.

Məqsədinizi unutmayın

Bu gün ən əsası nəyin üstündə fikrini cəmləmisiniz. İlkin olaraq onu düşünün. Xırda işlərə az vaxt ayırın. Unutmayın, böyük işlər üstündə çalışanlar böyük uğurlara sahib olurlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir