4ed107352c7fecd75f935b08b2486c2e

Gündə 2 dəfə çəyirdəyini əzib yesəniz… –MÖCÜZƏVİ MEYVƏ

Baxış sayı: 1. 849

Üzüm çox yeyilən və sağlamlığımıza faydalı olaraq tanınan bir meyvədir. Hazırda üzümün əsl mövsümüdür. Bəs üzümün orqanizmimizə hansı faydaları var? Ailem.az üzümün hansı xəstəliklərə xeyirli olması ilə bağlı sizə məlumat verir.

Yaşıl üzüm

Yaşıl üzümün tərkibində B1, B2 vitaminləri, dəmir, maqnezium, fosfor, potasium kimi minerallar var. Yaşıl üzümdən üzüm suyu, sirkə, bəhməz hazırlanır. Həmçinin üzümün yarpaqlarından, çəyirdəyindən belə faydalanmaq olur.

Qara üzüm

Qara üzümün yaşıl üzümdən ən böyük fərqi odur ki, qan artırma xüsusiyyəti var. Yağları yandırmağı asanlaşdırır. Bu üzüm orqanizmi təmizləyərək xəstələnmə ehtimalını tamamilə azaldır. Eyni zamanda qara üzüm xərçəngə tutulma riskini də minimuma endirir.

Qara üzüm şəfa üçün necə istifadə olunmalıdır?

Gündə 2 dəfə səhər naharından 2 saat sonra və axşam yeməyindən 1 saat əvvəl 2 və ya 3 ədəd qara üzüm çəyirdəyini əzin və yeyin. 10 gün boyunca tətbiq etdiyiniz bu qarışımı ehtiyac duyduqda 1 həftə ara verərək istifadə edə bilərsiniz.

Beyin inkişafı üçün lazımlıdır

Unutqanlığa qarşı şəfa olduğundan məktəblilərə bolluca yemək məsləhət görülür. Xüsusilə kişmiş beyin inkişafı baxımından dəstəkləyici rol oynayır.

Alzheimer xəstəliyinə faydası var

Üzüm alzheimer xəstəliyindən əziyyət çəkən xəstələrdə amiloid-beta peptit səviyyələrinin azaldılmasında köməkçi olur. Üzüm beyin sağlamlığını qoruyaraq, beynin sistemli bir şəkildə fəaliyyət göstərməsinə kömək edir.

Bağırsaqları çalışdırır

Üzüm həzmsizliyi qaydaya qoyaraq bağırsaqların sürətli bir şəkildə işləməsinə yardımçı olur.

Döş xərçəngindən qoruyur

Aparılan araşdırmaya görə, üzüm tərkibindəki antioksidantlar baxımından döş xərçənginə faydalı olur. Gündə bir stəkan içilən üzüm suyunun döş xərçəngi ilə bağlı yaranan şişləri əngəllədiyi ortaya çıxıb.

Üzüm dəri sağlamlığı üçün olduqca əhəmiyyətlidir

Üzüm ümumi dəri sağlamlığı üçün faydalı bir meyvədir və dəriyə qulluq vasitələrində geniş istifadə olunur. Üzüm fitokimyəvi, antioksidant və antienflamatuar xüsusiyyətlərə sahibdir. Üzüm həm də dəri sağlamlığı üçün həyati əhəmiyyətə malik C vitamini baxımından da zəngindir.

Qan azlığında faydası var

Üzüm bəhməzinin qan azlığına da faydalı olduğu məlumdur. Gündə bir qaşıq içilən üzüm bəhməzi qansızlığa faydalıdır.

Üzümün ən əhəmiyyətli faydaları arasında güclü antioksidant xüsusiyyəti yer alır. Meyvələr arasında ən güclü antioksidantın üzümdə olduğu bilinir.

Üzüm yorğunluğun aradan qaldırılmasına və stressin atılmasına faydalıdır.

Üzümün zərəri varmı?

Üzümün sağlamlıq baxımından hər hansı bir zərəri yoxdur. Ancaq hər meyvədə olduğu kimi, üzümün də tərkibində olan şəkərə görə şəkər xəstələrinin yeməməsi məsləhət görülür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir