qucaqlasmaq

Gündə həyat yoldaşınızı üç dəfə qucaqlasanız…

Baxış sayı: 1. 529

102 yaşlı britaniyalı Dora Rixham uzunömürlülüyünün sirrini açıqlayıb. Lenta.ru saytının xəbərinə görə, yaşlı qadın sevdikləri ilə tez-tez qucaqlaşmasını və bütün həyat situasiyaları qarşısında sakitliyini qorumasını bu səbəblər sırasında sadalayıb.

O, bütün həyatı boyunca ənənəvi Britaniya yeməyi olan fiş-end-çipslə qidalanıb. Bu yemək onun atasına məxsus restoranda hazırlanıb: “Heç vaxt həyəcanlanmayın. Mənim kimi edin – heç nəyə baxmayaraq, özünüzü tox tutun. Kişilərə isə məsləhət görürəm ki, gündə üç dəfə öz xanımlarını qucaqlasınlar. Uzun həyatın sirri ancaq bundadır”.

Rixam atasının restoranında 1941-ci ildə doğulub. Qadın uzun illər bu restoranda, ardınca isə pivəxanada və gül mağazasında çalışıb. 24 yaşında ərə gedən Rixam dünyaya iki oğlan uşağı gətirib. Onun əri də 81 il yaşayıb. Maraqlıdır ki, 2015-ci ilin avqustunda Nyu Cersi ştatının sakini, 110 yaşlı Aqnes Fenton uzunömürlülüyünün sirrini müntəzəm olaraq spirtli içki qəbul etməklə izah etmişdi. O demişdi ki, son 70 ildə hər gün üç bakal pivə və viski içib. Onun sevimli yeməkləri isə toyuq qanadı, yaşıl lobya və şirin kartof olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir