insanlar

Gündəlik vərdişlərimizin əhvalımıza təsir edir?

Baxış sayı: 738

Xoşbəxtlik hər kəs üçün fərqli məna kəsb edir, ancaq araşdırmacılar belə düşünmür. Onların fikrincə bizim gündəlik vərdişlərimizin əhvalımıza təsiri var. Aşağıda qeyd etdiklərimizi edirsinizsə, tərgidin! Daha xoşbəxt hiss edəcəksiniz. Bunu biz yox, alimlər deyir…

 

Günümüzün çoxunu oturaraq keçiririk

Bəllidir ki, yaşadığımız zamanda oturaq işlə daha çox məşğul oluruq. Maşınlar, liftlər və rahatçılıq az hərəkət etməyimizə səbəb olur.

Ancaq bilirdiniz mi, biz hərəkət etməyəndə xoşbəxtliyə səbəb olan endorfin də yatır?

Bu səbəbdən də gündə 30 dəqiqə yürüyüş və ya 2 asan idman hərəkəti bizi daha yaxşı hiss etdirəcəkdir. Özümüzü daha xoşbəxt və enerjili hiss edəcəyik.

 

Bütün gün qapalı yerdəyik

Əgər belədirsə, nəfəs alma problemləri yaşamaqla yanaşı daha ağır hiss edəcəksiniz.

Psixoloqlar deyir ki, açıq havada vaxt keçirmək bizi daha xoşbəxt edir. Bunu Macəra terapiyası adlandırırlar. Daha çox açıq havada vaxt keçirin, kefiniz daha yaxşı olacaq. Hətta səyahət edərkən daha xoşbəxt hiss etmək səbəbimiz də budur. Vaxtınız olduqca işləmədiyiniz zamanlarda kiçik kəndlərə və ya hər hansı yaşamadığınız yerə səyahət edin.

 

Biz ancaq alırıq!

Yaşadığımız dövrdə insanlar daha çox alırlar: hədiyyələri, əşyaları və s. Ancaq belə olmamalıdır, çünki daha yaxşı hiss etməyimiz üçün həm də ruhumuza yaxşı gələn şeyləri etməliyik. Heyvanlarla vaxt keçirmək, hər hansı bir dostuna kömək etmək də səni daha yaxşı hiss etdirə bilər.

 

Heç bir şey yaratmırıq

Yaşadığımız zamanda hər şey tapmağımız mümkündür. İstədiyinə sahib olmaq daha asanlaşıb. Ancaq hər şeyi belə asan və düşünmədən əldə etdikdə daha yorğun və həyəcansız hiss edəcəyik. Bu səbəbdən də hər zaman yaratmağa və bir şeylər öyrənməyə çalışın. Bu sizi daha xoşbəxt hiss etdirəcək. Yaratdıqlarınızla həm də özünüzə güvəniniz artacaq, daha çox özünüzə güvənəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir