Günəş kremi D vitamini çatışmazlığına yol açır?

Baxış sayı: 1. 230

D vitamin ehtiyacımızı günəş sayəsində ödəyirik. Bəs günəş şüalarından qorunmaq üçün istifadə etdiyimiz kremi çəkəndə günəşdən faydalana bilirikmi?

Türk dermatoloqları hesab edir ki, günəşdən qoruyan krem D vitaminin sintezinə kifayət edəcək qədər günəş şüasının dəriyə keçməsinə icazə verir.

İlk növbədə sümük sağlamlığı üçün faydalı olan D vitamini immunitet sisteminin yaxşı çalışması, əzələ, dəri sağlığı və beyin inkişafında da mühüm rol oynayır.

Günəşlənməklə gündəlik D vitamini ehtiyacının yüzdə 90-95%-i qarşılaya bilərik. Geri qalan miqdarını isə qida qaynaqlarından alırıq.

Yay aylarında əllər, qollar və üzün həftədə 3 gün günorta saatlarında 15-30 dəqiqə günəş işığına məruz qalması gündəlik D vitamini ehtiyacını qarşılayır. Gün ortasında qısa müddət günəş altında qalmaqla da D vitamin sintezi edilə bilər.

Günəşdən qoruyan bu kremlər heç bir dəri xərçənginə səbəb olmaz, bayıra çıxmadan yarım saat əvvəldən vurulmalı və bir neçə saatdan bir yenilənməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir