yuxu

Günorta iş yerində yatmaq üçün vaxt ayırın – HƏKİMDƏN məsləhət

Baxış sayı: 872

Mütəxəssislər hesab edir ki, günorta saatlarında ən azı 30 dəqiqə yatmaq üçün zaman ayrılmalıdır. El arasında “şəkərləmə” kimi ifadə olunan günorta yuxusu zehni və fiziki fəaliyyətə müsbət təsir göstərir, ürəyin sağlamlığını qoruyur, beyin və damar sağlamlığı baxımından da faydalıdır. Bu baxımdan mütəxəssislər hesab edir ki, iş zamanı mütləq günorta yuxusu üçün yarım saat vaxt ayırmaq lazımdır.

Nevrologiya üzrə mütəxəssis Əli Kamal Ərdəmoğlu bildirir ki, günorta saatlarında yarım saatlıq və ya 10-15 dəqiqəlik keyfiyyətli yuxu günün ikinci yarısı üçün insanın fəaliyyətini artırır: “Gün ərzində orqanizimdə metobolizin düşdüyü iki dövr olur: “Səhərə qarşı və günortadan sonra orqanizmin metobolizmi düşür. Xüsusilə günorta yeməyindən sonra saat 13.00-15.00 arası, metobolizm düşdüyü üçün orqanizm yuxululuq şəraitinə keçir. Bu da dərin yuxu üçün ideal vaxtdır. Yuxunun neçə dəqiqəlik olması kimi məkan da əhəmiyyət daşıyır. Günorta yuxusu üçün sərin və sakit məkanlar seçilməlidir”.

Mütəxəssislər günorta yuxusunun gecə yuxusunun yerini tutmadığını da vurğulayır.

Nevroloq bildirir ki, sağlam orqanizm üçün gecə yuxusunun müddəti 6 saatdan az olmamalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir